vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
BÖHRAN  
19:20 | 1 sentyabr 2017 | Cümə Məqaləyə 2611 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Lavrov hədələdi

«Münasibətləri sadəcə korlamaq üçün bizə heç haradan qəfil dəyən zərbələrə sərt cavabımız olacaq»

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya cümə günü ABŞ-ın San Fransiskodakı konsulluğu, Vaşinqton və Nyu York şəhərindəki nümayəndəlikləri bağlamaq əmrinə cavab verəcəyini bildirib.

Eyni zamanda Kreml iki ölkə arasında gərginlikləri eskalasiya etmək niyyətində olmadığını bildirib.

Tramp administrasiyası Kremlin ABŞ-da Rusiyadakı diplomatik heyətini kəskin şəkildə azaltmaq barədə tələbinə cavab olaraq bu addımları atdığını bəyan edib.

«Birləşmiş Ştatlar lazımi və müvafiq qaydada bundan da artıq addımlar atmağa hazırdır», deyə Dövlət Departamentinin sözçüsü Heather Nauert bildirib.

ABŞ Rusiyaya San Fransiskodakı və başqa nümayəndəlikləri bağlamağa 48 saat möhlət verib.

Rusiya xarici işlər naziri Sergey Lavrov deyib ki, Moskva Vaşinqtonun bu addımına sərt cavab verəcək, lakin onlar Vaşinqtonun addımlarını diqqətlə araşdırmalıdırlar.

«Münasibətləri sadəcə korlamaq üçün bizə heç haradan qəfil dəyən zərbələrə sərt cavabımız olacaq», Lavrov Rusiyanın ali diplomatik məktbəində tələbələr qarşısında çıxışda deyib.

Başqa Rusiya rəsmiləri ehtiyat sərgiləməyə çağırıblar.

Birləşmiş Ştatlar Rusiyanın bu həftə sonu San Fransisko şəhərindəki konsulluğu və Vaşinqton və Nyu York şəhərlərində nümayəndəliklərini bağlamasını tələb edib. Bu haqda məluamatı Dövlət Departamenti açıqlayıb.

ABŞ bu addımı Moskvanın Birləşmiş Ştatların Rusiyada diplomatik nümayəndəliklərinin işçilərinin sayının azaldılması tələbinə cavab olaraq atır.