vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
SƏHİYYƏ, ORDU  
11:33 | 2 sentyabr 2017 | Şənbə Məqaləyə 2002 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Primitiv saxtakarlığı şərh etmirik»

Müdafiə Nazirliyi Giləzidəki partlayışa dair erməni uydurması haqda...

MÖVZU İLƏ ƏLAQƏLİ

Son günlər erməni xüsusi xidmət orqanlarının dezinformatorları Azərbaycan Ordusu barədə bir birinin ardınca müxtəlif məzmunlu uydurma «əhvalatlar», yaxud «sənədlər» hazırlayıb KİV-lərə ötürürlər. Əksər hallarda olduqca primitiv üslub daşıyan və dezinformasiya olduğu dərhal görünən belə uydurmalardan biri də ötən gün yayılıb.

Orada Giləzidə sursat anbarında baş vermiş partlayışın «səbəbi» barədə bəhs olunur. Virtualaz.org erməni xislətinə və düşmənin mahiyyətinə uyğun olan həmin iyrənc yalanın məzmununu xatırlatmağa belə lüzum görmür. Bununla belə, saytımız Müdafiə Nazirliyi ilə əlaqə saxlayıb və ermənilərin növbəti «feyk-hücum»u ilə bağlı şərh almağa çalışıb.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, erməni KİV-lərində yayılmış bu uydurmadan xəbardardırlar. «Biz bu cür primitiv saxtakarlığı, həqiqətlə hər hansı bağlılığı olmayan iyrənc yalanı şərh etmək istəmirik. Ermənistan xüsusi xidmət orqanlarının dezinformatorları bu cür uydurmaları yaymaqla ancaq erməni cəmiyyətini aldada bilər», - mətbuat xidmətindən bildirilib.