vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 sentyabr 2017
ABŞ dolları 1 USD = 1.7007 AZN
Avro 1 EUR = 2.0368 AZN
Rusiya rublu 1 RUB = 0.0293 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.3022 AZN
Türk lirəsi 1 TRY = 0.4878 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
TÜRK DÜNYASI  
11:41 | 2 sentyabr 2017 | Şənbə Məqaləyə 324 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Pekinin həcc qadağaları...

Si Szinpin hökuməti uyğur-müsəlmanların Çinə «daş atması»ndan qorxur

Arib ULLA, («Middle East Eye»)

MÖVZU İLƏ ƏLAQƏLİ

Həcci mərasiminə gedərkən, Aişə 16 yaşında idi. Çindən yola çıxan qız Məkkəyə atası ilə səyahət etmişdi. «Kəbəni ilk dəfə gördükdə nəfəsim kəsildi», – qız deyir.

O, Çinin Sincan əyalətindən olan uyğur-müsəlmandır. Həcc ziyarətində ötən il olub.

«Həyatım boyu həcdə olmaq üçün dua etmişəm, Kəbəni televizorda deyil, gerçəkdə gördükdə, ağlamağa başladım».

Aişə 60 yaşının tamam olmasını və Çin hökumətinin icazəsini gözləmədən həccə gedib. Atası bundan 4 ay əvvəl işçi vizası ilə Səudiyyə Ərəbistanına yollanıb.

Amma ziyarət onlara baha başa gəlib. «Evə döndükdən sonra Çin polisi Urumçidəki mənzilimizə gəldi və atamın pasportunu müsadirə edərək Səudiyyə Ərəbistanına dönmək icazəsini ləğv etdi», – Aişə deyir.

Atası sorğu-suala tutularkən, Aişə ölkəni tərk edib. «Atam mənə Səudiyyə Ərəbistanına dönməyi tapşırdı… Səudiyyəyə geri döndüm və sonra Türkiyəyə getdim. O gündən etibarən ailəmi görməmişəm».

Aişə bu vəziyyətdə tək deyil. Sincanda yaşayan minlərlə uyğur-müsəlmanı kimi, Pekinin qoyduğu məhdudiyyətlər ucbatından ən azı 60 yaşı olmayanların hamısı həccə getmək üçün alternativ marşrutlar axtarır.

Ötən il 100-dən çox uyğur-müsəlman Qırğızıstanın saxta pasportları ilə həccə getməyə cəhd edərkən İstanbulda saxlanılıblar. Çoxları Türkiyədə sığınacaq taparkən, digərləri Çinə deportasiya olunub.


Pasport nəzarəti


10 milyondan çox uyğur-müsəlmanı rəsmi olaraq «Sincan muxtar vilayəti» adlanan Şərqi Türküstanda yaşayır. Vilayət daxilində əksəriyyəti formalaşdırmalarına baxmayaraq, onların dini səyahət etmək haqqına ağır məhdudiyyətlər qoyulub.

İslamın beş sütunundan birini meydana gətirən Həcc – hər bir müsəlmanın həyatında ən az bir dəfə yerinə yetirilməli öhdəlikdir.

Hər bir ölkə kimi, Çinə də həccə zəvvar göndərmək üçün kvota ayrılır. Lakin uyğurların başlıca maneəsi pasport almaqdır. Ötən il Çin, Sincan vilayətindəki hər bir vətəndaşa pasportunu qaytaracağını bildirib. Fəalların sözlərinə görə isə, pasportlar uyğurlara qaytarılmayıb.

Son illərdə baş verən iğtişaşlardan sonra «ictimai asayiş» bəhanəsi ilə rəsmi Pekin dini ayinlərin icrasına bir sıra qadağalar tətbiq edib. «Human Rights Watch» təşkilatının məlumatına görə, Çin tibetlilərin, habelə hui və uyğur-müsəlmanların «xaricdəki dini təlimlərə qatılmasını… dağıdıcı siyasi fəaliyyət» qorxusu ilə məhdudlaşdırıb və onların pasportlarını müsadirə edib.


Alternativ marşrutlar


1970-ci illərin sonlarında, Çin «açıq qapı» siyasətinə və vətəndaşlarına pasport verməyə başladıqdan sonra uyğurlar Məkkə və Mədinəyə ziyarətə gedirdilər. Yerli əhali deyir ki, 1980-ci ilə qədər Çin hökuməti Həccə ziyarətinə rəsmi maneə törətməyib.

Dünya Uyğur Konqresinin vitse-prezidenti Ömər Kanatın sözlərinə görə, hazırda bir çoxu Səudiyyə Ərəbistanına getmək üçün «uzun və çox çətin yollarla» həcc səfərinə çıxır. «Bəziləri Moskvaya, oradan İstanbuldan gəlir və Türkiyədən Səudiyyə Ərəbistanına getmək üçün Səudiyyə səfirliyindən həcc vizası alırlar, – Kanat «MEE»-yə bildirib. – Onlar Qaşqardan Taşkurqana qədər quru yolla, sonra isə sərhədi keçərək Pakistana və oradan, minlərlə uyğur kimi, həccə yollanırlar».

Ancaq Çin rəhbərliyi alternativ marşrutlarla Həccə gedən uyğur və hui-müsəlmanlarını həbs etməyə başladıqdan sonra bu cəhdlər məhdudlaşdırılıb.


Həccə getmək


Çinin təxminən 12.800 nəfərlik kvotası var və o, əhalisinin əksəriyyəti müsəlman olan 30 vilayət üzrə bölüşdürülür. Həcc vizası dini məsələlər üzrə şöbələrə zəvvarların müraciətləri vasitəsilə verilir.

Uyğur fəallarının fikrincə, icazələrin əksəriyyəti Çin hökumətinin həcc heyətini müşayiət edən dövlət rəsmiləri və təhlükəsizlik işçiləri arasında paylanır.

Bir zəvvar müraciət etdikdən sonra, getməyə icazə verilməzdən əvvəl Çin orqanlarının nəzarəti altına alınır.

İsveçdə Uyğur Təhsil Assosiasiyasının rəhbəri Nicat Turquhun «MEE»-yə deyib ki, bu yoxlamalar həcc ziyarətinə gedənin məhkumluğunun olub-olmaması və «Çin hakimiyyətinə sədaqəti»ni aydınlaşdırmaq üçündür.

«Bu il Çində həccə getmək istəyən uyğur zəvvarları üçün xüsusi bir kurs keçirilib, yəni beyinləri ideoloji yuyulmadan keçib, – Turquhun bildirib. – Əlbəttə, araşdırma və yoxlamalar həccə getmə düşüncəsini yox edir».

 

Təhlükəsizlik işçilərinin yoxlaması


Bu yoxlamalardan sonra zəvvarların pasportları hakimiyyət orqanları tərəfindən qaytarılır.

Digər uyğur fəalları «MEE»-yə bildirdilər ki, zəvvarların davranışları izlənilir və onların qrupdan kənarda olan söhbətlərini kəşfiyyatçılar dinləyir.

Həcc ziyarətçilərinin əksəriyyəti 60 yaşdan yuxarı olduğundan, yəni hökumət tərəfindən tətbiq olunan yaş məhdudiyyəti səfəri fiziki cəhətdən dözülməz edir. Ziyarət yaşlı zəvvarlar üçün çətinləşir, çünki qohumların yoldaşlıq etməsinə də qadağa var. Hər bir ailədən yalnız bir müsəlman həcc ziyarətinə icazə alır.

«Yaşının çoxluğundan həcci sağ-salamat bitirmək üçün mübarizə aparan zəvvarlar görmüşəm, – Aişə deyir. – Digər uyğurlarla danışmağa icazə verilmir və orada hər zaman müsəlman kimi davranan Çindən gəlmiş təhlükəsizlik işçiləri olur».

Qeyri-rəsmi rəqəmlərə görə, təxminən 1.400 uyğur-müsəlman bu il həcc ziyarətinə yollanıb.

Aişə İstanbulda, sürgündə qalmağa davam edir: «Həccə görə ailəm mənimlə qürur duydu. Onlar başa düşür ki, haqqımı əldə etmək üçün qürbətdə qalmalı oldum».


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *