vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
GÜNEY  
14:31 | 2 sentyabr 2017 | Şənbə Məqaləyə 1871 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Güney təşkilatları özlərini ifadə edə bilmirlər»

Umud Evrən: «Onların arasında fikri fərqlilik olmasa da, sosioloji baza olaraq fərqlilikləri var»

MÖVZU İLƏ ƏLAQƏLİ

MÖVZUYA AİD VİDEO

  • «Onların hədəflərini görə bilmirik»

Umud Evrənin fikrincə, güney təşkilatlarını «düşüncə strukturu, bəsləndikləri fikri qaynaqlar və fəaliyyət göstərdikləri ictimai zəminə görə» fərqli kateqoriyalara ayırmaq çətindir. Siyasi şərhçi Amerikanın Səsinə müsahibədə İran Azərbaycanında cərəyan edən milli hərəkata mənsub təşkilatların dünya görüşü, proqramları, fəaliyyətləri, habelə istifadə etdikləri siyasi ədəbiyyatı dəyərləndirib.

Umud Evrən deyir, «bizdəki bu siyasi təşkilatları düşüncə yapıları, ya bəsləndikləri fikri qaynaqlar və fəaliyyət göstərdikləri ictimai zəmin habelə istifadə etdikləri siyasi ədəbiyyat və söyləmlərinə görə çox çətinliklə fərqli kateqoriyalara ayırmaq olar».

Amma o, bu təşkilatların beynəlxalq əlaqələri və sahib olduqları ictimai baza etibarı ilə bir-birilərindən fərqləndiyini ifadə edir.

Onun sözlərinə görə, «təşkilatlar arasında fikri fərqlilik olmasa da, sosioloji baza olaraq fərqliliklər vardır. Misal üçün, deyə bilərik ki, bir təşkilat Azərbaycanın qərbində, başqa birisi də Azərbaycanın başqa bölgələrində fəaldır. Bu bölgə fərqi özü o təşkilatların sosioloji bazalarının fərqli olduğunu göstərir. Bu təşkilatların beynəlxalq əlaqələrinə baxdığımızda, biz bunların düşüncələrində, dünyaya baxışlarında və izlədikləri strategiyalarda fərqlər görə bilirik».

Umud Evrən əlavə edir, «bu gün var olan siyasi təşkilatların çoxu sağda və sağın da aşırı ucunda yer alırlar. Aşırı uclarda olduqları üçün ictimai legitimliklərinin də zəif olduğunu görürük. Yəni, onlar ancaq toplumun aşırı uclarını cəzb edə bilirlər. Misal üçün bizim gəlib burada liberal bir təşkilat axtarmağımız faydasızdır. Toplumun içində belə insanlar ola bilər amma bunlar hələ ki hərəkətə keçməyiblər».

Siyasi şərhçi həmçinin müasir təşkilatlanma forması baxımından da ciddi problemlərin mövcud olduğunu önə çəkir.

«Bir də təşkilatın konseptinə baxanda, bizim təşkilatdan anladığımız əski bir təşkilatlanma şəklidir. Bugünkü forma o əski forma deyil. Bu gün şəbəkə növü və başqa təşkilatlanma növləri vardır. Buna görə də, güney təşkilatları özlərini ifadə edə bilmirlər. Biz bunların hədəflərini görə bilmirik. Daha çox təpkisəl (reaktiv) əməl edirlər. Öz gündəmləri olmur. İran hakimiyyətinin eyləməri və gündəmlərinə görə hərəkət edirlər. Bu səbəblə, biz bunların hədəflərini ya dizayn etdikləri gələcəyi bilmirik», deyə o əlavə edir.