vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
SƏHİYYƏ, ORDU  
17:29 | 2 sentyabr 2017 | Şənbə Məqaləyə 2235 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Prezident tapşırıb ki, ...»

General Zakir Həsənov cəbhə bölgəsində

Fərhad MƏMMƏDOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Qurban bayramı münasibətilə cəbhə bölgəsində - Tərtər rayonunda yerləşən hərbi hissələrdən birində Müdafiə Nazirliyi tərəfindən təşkil olunan ənənəvi «Açıq qapı» günü keçirildi.

Virtualaz.org saytının əməkdaşı Tərtərdən xəbər verir ki, tədbirdə müdafiə naziri general-polkovnik Zakir Həsənov, Baş qərargah rəisi Nəcməddin Sadıqov, rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, ictimaiyyət nümayəndələri, əsgər valideyinləri və s. iştirak edirdi.

Tədbir müğənni Azərinin konserti ilə başladı, müğənni bir-birinin ardınca milli-vətənpərlik ruhunda mahnılar ifa etdi, torpaq uğrunda şəhid olanlara rəhmət dilədi.

«Yəqin şəhidlərimiz bizdən inciyiblər. Çünki onların uğrunda canlarını qurban verdikləri torpaq hələ düşmən işğalı altındadır. Torpaqlar geri alınsa, onların da ruhu şad olar...», - ifasına fasilə verən xalq artisti dedi.

Daha sonra müdafiə naziri və onu müşayiət edənlər hərbi hissəyə gəldilər. Zakir Həsənov əsgərlər qarşısında qısa çıxış edib onlara bayram təbrikini çatdırdı. «Cənab Prezident, Ali Baş Komandan göstəriş verib ki, bayramı sizlərlə birlikdə, hərbi hissələrdə keçirim», - müdafiə naziri bildirdi.

Zakir Həsənov daha sonra hərbi hissənin zabitləri və valideynlərlə söhbətləşdi, bəzi müraciətləri yerində araşdırdı.

«Açıq qapı”da hərbi hissənin ötən ilin aprel döyüşlərində igidlik göstərərək şəhid olan zabiti Nəcməddin Savalanovun ailə üzvləri - şəhidin iki azyaşlı qızı, oğlu, həyat yoldaşı, anası da iştirak edirdi. Nazir şəhidin ailə üzvləri ilə görüşüb söhbətləşdi. Şəhid kapitanın qızının atası haqda oxuduğu şeir hamını kövrəltdi.

Müdafiə naziri şəhidin övladlarına hədiyyələr təqdim etdi, onların qayğıları ilə maraqlandı.

Tədbirdə bayram münasibətilə qurban kəsildi.Müdafiə naziri bayramı əsgərlərlə birlikdə qeyd etmək üçün başqa hərbi hissəyə yollandı.