vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
TOP OYUNLARI  
20:47 | 2 sentyabr 2017 | Şənbə Məqaləyə 1874 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Oslodakı mistik 4

Azərbaycan millisinin Norveçdəki məğlubiyyəti rəqəmlərin gözü ilə

MÖVZU İLƏ ƏLAQƏLİ

Futbol üzrə Azərbaycan yığmasının DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Norveçlə Oslodakı qarşılaşması bəzi məqamlarla diqqət çəkib.

«Apasport»a xəbər verir ki, bunların «4» rəqəmi ilə ifadə olunması maraq doğurur. «4»lərlə bağlı ən diqqətçəkən 4 məqam isə «Ulleval»dakı 0:2-nin doğurduğu nüanslardı.

Ardıcıl 4-cü. Yığmamız DÇ-2018-in seçmə mərhələsində ardıcıl 4-cü dəfə uduzdu. Şimali İrlandiyaya səfərdə 0:4, Almaniyaya evdə 1:3 və britaniyalılara Bakıda 0:1 hesabı ilə uduzan komandamız seçmə matçlarındakı xalsız seriyanı 4-ə çartdırdı.

Norveçlə 4-cü. Millimiz tarixində 4-cü dəfə bu rəqibə məğlub oldu. 6-cı dəfə qarşılaşdığımız yığmada DÇ-1998-in seçmə mərhələsində 0:5 və 0:1, AÇ-2016-nın yolunda 0:1 hesabı ilə uduzmuşdu. Bu rəqibdən iki dəfə xal almışıq. Ötən tsikldə səfərdə 0:0, cari seçmə mərhələdə evdə 1:0 hesabına sevinmişik.

Avtoqol da 4-cüdü. Azərbaycan millsinin kapitanı Rəşad Sadıqov yığma karyerasında 4-cü dəfə topu öz qapımıza vurub. Bir dəfə yoxlama oyunu, iki dəfə AÇ seçmə matçında uğursuzluğa üzülən antirekordçu bu dəfə DÇ-yə gedən yolda üzüldü.

Əldən gedən 4-cü. Yığmamız Osloda uduzmaqla 4-cü yeri əldən verdi. Tarixinin ən yaxşı startına imza atan və ilk 3 qarşılaşmada 7 xalla iddiasını ortaya qoyan komandamız 4-ü dəfə uduzdu. Bununla da 5-ci sıraya yuvarlanan Robert Prosineçkinin yetirmələri Norveçdən də geri düşdü.

Bu oyunla bağlı digər statistik məqamlar da az maraq doğurmur. Belə ki, Azərbaycan milli komandası tarixində 8-ci dəfə avtoqola üzüldü. 1992-ci ildə ilk rəsmi matçına çıxan yığmamızın 25 illik tarixində üzüldüyümüz 8 avtoqoldan yarısı Sadıqovun hesabındadı. 4-cü dəfə millimizin qapısına qol vuran Rəşad yığma tarixinin antirekordçusudu. Digər avtoqol müəllifləri Tərlan Əhmədov, Emin Ağayev, Emin Quliyev və Aftandil Hacıyev hərəyə bir dəfə qapıları səhv salıb.

Millimizin müdafiəçisi Bədavi Hüseynov da xoşagəlməz yubileyin səbəbkarı olub. Milliləşən legioner DÇ-2018-in Norveçlə səfər matçında meydandan qovulmaqla Azərbaycan yığmasının tarixinə 30-cu qırmızı vərəqə futbolçu kimi düşüb. Belə ki, bu görüşədək 30 dəfə oyunçularımız meydandan qovulub. Bədavi isə yığmada 2-ci dəfə qırmızıya layiq görülüb.

Norveçlə səfər qarşılaşması millimizin yarımmüdafiəçisi Cavid Hüseynov üçün əlamətdar olub. «Qəbələ»nin yarımmüdafiəçisi yubiley matçına çıxıb. Oslodakı oyunda start heyətində meydana daxil olan və 90 dəqiqə mübarizə aparan Hüseynov 50-ci dəfə millinin formasını geyinib. Bu oyunlarda Cavidin hesabında 2 qol var.