vaxtlı-vaxtında oxuyun! Şənbə, 18 noyabr 2017
ABŞ dolları 1 USD = 1.7002 AZN
Avro 1 EUR = 2.0070 AZN
Rusiya rublu 1 RUB = 0.0285 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2488 AZN
Türk lirəsi 1 TRY = 0.4410 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
ANALİZ  
21:11 | 2 sentyabr 2017 | Şənbə Məqaləyə 265 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kreml Baltik ölkələrinə müdaxilə edərsə...

Rusiya Qərbdən daha çox ehtiyatlanır, yoxsa Qərb Rusiyadan?

Hüseynbala SƏLİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Bəli, nə qədər qəribə olsa da müvəqqəti həmsədr R.Hoqlandın təkliflərinə ilk «reaksiya»lardan biri Ermənistandan gəlmişdi. Bu ölkənin xarici işlər naziri E.Nalbəndyan bildirmişidi ki, qeyd olunan təkliflərdə ölkəsi üçün təhlükəli heç nə yoxdur.

Azərbaycanın xarici işlər naziri də Nalbəndyanı, necə deyər, sözündən tutmağa çalışmışdı və demişdi ki, əgər təkliflərdə Ermənistan üçün təhlükəli heç nə yoxdursa, onda tez bir zamanda danışıqlar masası arxasına keçırək təkliflərin detallarını bir daha müzakirə etmək lazımdır. 

Amma gəl, indiyədək Ermənistandan bu bəyanata heç bir cavab gəlməyib və sanki bu ölkədə «qurbağa gölünə daş atılıbdır», hər şeydən danışırlar, təkcə Hoqlandın təkliflərinə toxunmur və özlərini elə aparırlar ki, guya heç belə söhbət olmayıbdır. Halbuki bu arada Rusiya xarici işlər nazirliyinin sözçüsü də bildirdi ki, təkliflərdə digər həmsədrlər üçün də yeni bir şey yoxdur. Deməli, ortada müzakirə predmeti var və prinsipcə, bu təklifləri bütün həmsədrlər qəbul edirlər. Onda bircə məsələ qalır – bu da Ermənistanı razı salmaqdır...

Əslində biz «Ermənistanı məcbur etmək lazımdır!» yazmalıydıq, çünki öz könlü ilə bu ölkə heç vaxt sülh danışıqlarına getməyəcək və hər dəfə bir şeyi bəhanə edib danışıqları pozacaq...

Elə son təkliflər də Ermənistanın ucbatından masa üzərində qalıbdır. Məsələ bundadır ki, Azərbaycan haqlı olaraq təkid edir ki, Qarabağın «aralıq statusu» BMT nizamnaməsinə, Helsinki Yekun Aktına və təbii ki, Azərbaycanın konstitusiyasına uyğun müəyyən edilsin. Ermənistan isə çalışır ki, Dağlıq Qarabağ bəri başdan de–fakto olaraq Azərbaycanın nəzarətindən çıxsın, sonradan keçiriləcək referendumda isə məsələ özünün de–yure təsdiqini tapsın...

Bildiyimizə görə indi vəziyyət bu yerdədir. Çox böyük ehtimalla bir il əvvəldə olduğu kimi bu dəfə də məsələ «dalan»dan çıxmayacaq. Onun «dalan»dan çıxması əhəmiyyətli dərəcədə Rusiyadan asılıdır. Ruslar isə bunu etmir və Azərbaycanın özünə də etməyə imkan vermirlər.

Üstəlik, indi diqqət daha çox Rusiyanın Belarusla keçirmək istədiyi hərbi təlimlərə yönəlibdir. Baltik ölkələri, eləcə də bütün Qərb məkanı bunda Rusiyanın növbəti təhdidini görür. Ruslar bunu inkar edir. Amma dərhal sual yaranır: Bəs onda bu miqyasda hərbi təlim keçirmək


Rusiyanın nəyinə lazımdır?


Həm də, səhv etmiriksə, 2008-ci ilin hərbi təlimlərindən sonra Rusiya qonşu Gürcüstanın ərazisinə soxuldu. 2014–cü ildə isə eyni bir aqibəti Ukrayna yaşamalı oldu. Ona görə də Qərb ölkələrində açıq bir narahatlıq və həyəcan var.

Düzdür, Gürcüstandan və yaxud da Ukraynadan fərqli olaraq Baltik ölkələri NATO-nun üzvüdür. Qərbli analitiklər də belə hesab edir ki, Rusiya NATO ilə açıq konfrontasiyaya getməz. Amma bir məsələ də var ki, Rusiya NATO-dan nə qədər ehtiyat edirsə, elə NATO ölkələri də bu ölkədən bir o qədər çəkinirlər, - NATO – da da Rusiyadan ehtiyatlanmaq meylləri çoxdan duyulur.

Məhz bunun nəticəsidir ki, NATO ərazisində Rusiya ilə əlaqəli münaqişələr olan ölkələri öz sıralarına qatmağa tələsmir və indiyədək nə Gürcüstanı, nə də Ukraynanı hərbi cəhətdən dəstəkləməyə cəhd etməyibdir.

Rusiyanın Ukraynaya müdaxiləsinə əslində bircə cavab olmalı idi – sırf hərbi cavab... Amma NATO ölkələri bundan çəkindi və məsələnin həllini siyasi və iqtisadi müstəvidə axtarmağa başladılar – sanksiyalar və buna bənzər qərarlarla Moskvanı azacıq da olsa cilovlamağa çalışdılar...

Elə bu səbəbdən bilmək olmaz hələ kim kimdən daha çox ehtiyat edir: NATO Rusyadan, yoxsa Rusiya NATO-dan? Əgər bu gün məhdud nüvə silahı ehtyatlarına malik olan Şimali Koreya və yaxud heç belə ehtiyatı olmayan, amma müəyyən hərbi potensialı olan İran Dünya üçün, xüsusən də ki, ABŞ və Qərb üçün başağrısı ola bilirsə, heç Rusiyadan danışmağa dəyərmi?

Müharibə etmək demokratik rejimlər üçün problemdir. Rusiya kimi ölkələr üçün isə bu, «su içmək» kimi asan bir məsələdir – ruslara çörək və su vermə, amma «Rusiya böyükdür!»- de, onda onlar sənin ardınca gedəcək və hər şeyə dözəcəklər.

Amma demokratik ölkələrdə heç də belə deyildir, bu rejimlərdə əhalini və eləcə də ayrı –ayrı dövlət institutlarını nəyəsə inandırmaq üçün çox çalışmaq və çox prosedurları dəf etmək lazım gəlir. Ona görə də Qərb üçün Rusiyaya qarşı ən əlverişli təhdid müstəvisi yenə də sanksiyalardır.

Hətta düşünürəm ki, Allah eləməmiş, Rusiya Baltik ölkələrinə müdaxilə edərsə belə, bunun Qərb tərəfdən birbaşa hərbi cavabı olmayacaqdır, ona görə ki, hələ bilmək olmaz kim daha çox ehtiyatlanır – Rusiya Qərbdən, yoxsa Qərb Rusiyadan?..

Daha bir problem ondadır ki, ABŞ siyasətində D.Trampın gəlişilə başlanan siyasi böhran bitməyib, yeni prezident hələ də komandasını tam formalaşdıra bilməyib. Üstəlik, hələ məlum deyil ki, bu adama heç bir prezidentlik müddətini başa vurmaq nəsib olacaqmı?..

Bəli, Qarabağ münaqişəsi də bütün bu proseslərin fonundaca cərəyan edir, ona görə ki, çox şey böyük dövlətlərin iradəsindən asılıdır, onlar isə daha çox böyük problemlər yaratmaqla məşğuldurlar. Biz kiçik dövlətlər isə özümüzün bütün problemlərimizi həll edəcək qədər müstəqil deyilik.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *