vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
BÖHRAN  
23:59 | 2 sentyabr 2017 | Şənbə Məqaləyə 1680 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Konstitusiyaya ziddir»

Türkmənlər Şimali İraqda keçiriləcək müstəqillik referendumu barədə nə düşünür?

MÖVZU İLƏ ƏLAQƏLİ

İraq Kürdüstan Regional Hökumətinin (İKRH) sentyabrın 25-nə planlaşdırdığı müstəqillik referendumunun nəinki İraq dövlətinə, həm də ərazidə yaşayan 250 min türkmənə də böyük təsiri olacaq.

İKRH-ın parlamentində 111 yerdən 5-nə sahib olan türkmənlərin də bu məsələyə münasibəti birmənalı deyil. Onların bir qismi referendumun keçirilməsini, digər qismi isə təxirə salınmasını istəyirlər.

İraq Türkmən Cəbhəsindən (İTC) Aydın Maruf «referendumun vaxtının səhv olduğunu düşünür. İTC-dən ayrılaraq Türkmən İnkişaf Partiyasından (TİP) Mühammed İlhanlı isə «referendumu dəstəklədiyini, İKRH-ın de-fakto bir dövlət olduğunu və referendumla bunun» tanınacağına inandığını bildirib.

İKRH parlament üzvləri olan iki türkmən siyasətçi fərqli mövqeylərini BBC Türkcə ilə bölüşüblər.

Referendumun təyin edildiyi vaxtın səhv olduğunu bildirən Aydın Maruf, referendumun «demokratik hüquq» olduğunu, lakin «İraqın hazırda müharibə vəziyyətində» olduğunu və İKRH parlamentinin artıq iki ildir ki, bağlı qaldığını qeyd edib.

O, həmçinin Kürdüstan Demokratik Partiyası və Goran Hərəkatı arasında hələ problemlərin olduğunu və İKHR-Türkiyə neft ticarət sazişi nəticəsində bölgəyə verilməli olan büdcənin İraq mərkəzi dövləti tərəfindən 3 ildir kəsildiyinin həll ediləsi böyük problem olduğunu vurğulayıb.

Maruf həm də referendumun İraq konstitusiyasına zidd olduğunu deyib: «İraq konstitusiyası federal sistemi dəstəkləyir. Ayrılma kimi bir şey tanınmır. Biz türkmənlər İraq konstitusiyası çərçivəsində edilən hər addımı dəstəkləyirik».

Referendum olduğu halda, o, müstəqilliyə «hə» səsinin qalib gələcəyini, lakin bunun vacib olmadığını deyib.

Aydın Maruf düşünür ki, «referendum qərarının İKRH parlamenti tərəfindən verilməməsindən başqa, Bağdadın qərarı tanımaması nəticənin mənasız olacağını göstərir».

Lakin, o, bunda kürdlərin yox, Bağdadın «məzhəbçi siyasətini»n məsuliyyət daşıdığını bildirib: «Bağdadın Şimali İraq hökumətilə məzhəbçi siyasətdən əl çəkib birləşdirici bir siyasət həyata keçirməsi lazımdır. Bunu etməsə bu gün Kürdüstan referendumu, sabah sünnilər və digərləri də referendum istəyəcək. Haqlı olaraq istəyəcəklər, çünki Bağdaddan bir dəstək yoxdur».

O, Bağdad və Ərbil arasında gərginliyin artmasının gələcəkdə çox təhlükəli olacağından narahat olduğunu qeyd edib.

«Referendum məsələsi bir qarşıdurmaya getsə, insanlara böyük zərər dəyəcək. Müharibə riski var. Çünki İraq rəsmilərinin ağzından həmişə təhdid çıxır. Bunun dialoq yolu ilə çözülməsi lazımdır».

 

İlhanlı: «Referendumdan bir gün sonra dövlət elan edilməz»

 

Türkmən İnkişaf Partiyasından Muhammed İlhanlı isə referendum qərarını dəstəklədiyini deyib: «Bu referendum demokratik bir addımdır. İnsanların rəyini nəzərə almaq istəyirik. Əgər bölgənin şərtləri uyğun olsa, qonşu ölkələr, xüsusilə Türkiyə, BMT (Birləşmiş Millətlər Təşkilatı) və BMT-nin daimi üzvü olan ölkələrin çoxu gələcəkdə dəstək versə, o zaman müstəqil dövlətin elan edilməsi barədə fikirləşmək olar. Referendumdan bir gün sonra dövlət elan edilməz».

«Hazırda burada de-fakto bir dövlət var. İran və Türkiyə də bura ilə həqiqətən müqavilələr bağlayıb iş görür, Bağdad vasitəsilə deyil. Burada Bağdadla bağlı heç bir dövlət qurumu yoxdur».

«Demək ki, Bağdad və biz ayrı dövlətlərik, de-fakto olaraq bunu sadəcə elan edilməsi qalıb».

Aydın Maruf kimi, yaranmış böhranda Muhammed İlhanlı da İraq hökumətinin «məzhəbçi siyasətini» və ərazini dəstəksiz buraxmasını təqsirli sayır.

O həmçinin özünü İslam Dövləti (İD) adlandıran qruplaşma ilə mübarizə nəticəsində İraq ordusunun bir çox ərazini tərk etdiyni və nəticədə yüz minlərlə insanın müdafiəsiz qaldığını deyib.

O, İKRH-nin ərazisində bir dövlətin qurulması ilə sadəcə «kürd dövləti» yox, regionun müxtəlif millətlərinin hüquqlarını qoruyan bir dövlətin qurulacağına inandığını bildirib.

Muhammed İlahnlı, həmçinin İraq hökumətindən fərqli olaraq, türkmənlərin İKRH-də siyasi qüvvəyə malik olduqlarını və hətta gələcəkdə yeni konstitusiya müzakirələrində iştirak edəcəyini deyib.

Siyasətçi referendumsuz da İD-lə müharibədən sonra, İraqın bir çox rayonunda hakimiyyət uğrunda mübarizələr olacağını düşünüdüyünü deyib. Onun zənnincə bu səbəbdən referendumu təxirə salmağa dəyməz.

«Biz referendumu indi edirik ki, o qarşıdurmalardan zərər görməyək. Kərkük kimi statusu mübahisəli yerlərdə yenə xalqın hansı rejimi istədiyini soruşuruq», o, deyib.