vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
TOP OYUNLARI  
14:07 | 3 sentyabr 2017 | Bazar Məqaləyə 2367 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Toparlanmağa çalışan «Neftçi»

«Ağ-qaralar»ı elə vəziyyətə salınıb ki, ...

FƏRİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Elşad Əhmədov «Neftçi»ni komandaya çevirməyə çalışır. Amma sabiq baş məşqçi Elxan Abdullayev «ağ-qaralar»ı elə vəziyyətə salıb ki, qısa müddətdə buna nail olmaq çox çətindi. Yay toplanışı faktiki boşa verilib.

Baş məşqçi postunda qalıb-qalmayacağı növbəti turdakı «Sumqayıt»la oyundan asılı olan Əhmədov heyətə əl gəzdərmək imkanına malik olmasa da, futbolçuları daha düzgün oynatmağa, onlardan maksimumu almağa çalışır. Taktiki sxemdə dəyişiklik etmək, xətlərarası əlaqəni yaxşılaşdırmaq üçün məşqçi dünən MOİK-lə oyuna fürsət gözü ilə baxırdı.

Milli komandaların DÇ-2018-in seçmə mərhələsindəki oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilədən yararlanan "Neftçi» İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında divizion təmsilçisini rahatlıqla yendi. Düzdü, «hərbçilər» müqavimət göstərməyə çalışdı, lakin onlar buna yalnız müdafiə olunmaqla və top saxlamaqla nail olmaq istəyirdi. «Neftçi» isə 2 legionerindən və millidə olan oyunçularından məhrum olmasına baxmayaraq, rəqibi asanlıqla təslim etdi.

İlk yarıda daha çox çətinlik çəkən «ağ-qaralar», fasilədən sonra meydana çıxan əvəzedici heyət üzvlərinin istəkli oyunu ilə aqressiyanı artırdı. Fasiləyədək Daniel Seqoviya cinah ötürməsini başla qapamışdısa, bu dəfə Mario Mujek eyni formada fərqləndi. Mirabdulla Abbasov isə kəskin əks-hücumu əla tamamladı – 3:0.

Təbii ki, «Sumqayıt» belə asanlıqla təslim olmayacaq, futbolçular daha da artırmalıdı. «Neftçi»nin ağır və ləng mərkəz müdafiəçilərinin üzərinə yük düşərsə, məğlubiyyət qaçılmaz olacaq. Ümumiyyətlə, «2 nömrə kimi» oynamaq bakılılara yaxşı heç nə vəd etmir. Elxan Abdullayevin tətbiq etdiyi taktika isə «Neftçi»ni daim basqılı, hücum ağırlıqlı futbol oynamaqdan soyudub. Əhmədov hazırda əsasən bu problemin üzərində çalışır.

Elşad bəy bütün futbolçulardan matç boyunca pressinq, rəqibi öndə qarşılmağı istəyirdi. İş ondadı ki, belə oyuna da futbolçular fiziki cəhətdən hazır deyil. Avstriya toplanışı zamanı heyət düzgün «yüklənməyib», indi də bunun acısını çəkir. Rəqib yüksək temp təklif edən kimi «ağ-qaralar» dayanır, «defektlər» üzə çıxır – bunu MOİK bacarmadı, sumqayıtlılar isə bu silahdan çox istifadə edir.

Əhmədov dünən Mujekin xidmətindən yalnız bir hissə yararlandı. Yeni transfer qol vursa da, oyunu ilə Elşad bəyin qərarının doğruluğunu göstərdi. Abdullayevin şəxsən transfer etdirdiyi bu oyunçu «Neftçi»yə layiq biri deyil.

Digər 2 legioner də komandaya biganədi. Uqo Barqas Argentinaya yollanıb və yalnız dünən gecə qayıtmalıydı. Halbuki hazırkı vəziyyətdə «Neftçi»nin bütün futbolçuları yumruq kimi birləşib vəziyyətdən çıxmaq üçün fasiləsiz çalışmalıdı. Kiçik zədəsi olan İqnasio Errera isə hətta sınaq matçına gəlməməyi üstün tutmuşdu.

Bütün bu problemlərin fonunda Əhmədov komandanı toparlamağa çalışır. Çətin olacaq, MOİK-lə oyundakı «Neftçi» böyük vəzifələrin öhdəsindən gələcək gücdə deyil. Ümid edək ki, millidən qayıdan oyunçularla komanda daha fərqli olacaq. (futbolinfo.az)