vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
14:19 | 3 sentyabr 2017 | Bazar Məqaləyə 2692 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yaponiya yeni sanksiyalar tələb edir

Koreya yarımadasındakı gərginlik görünməz həddə çatıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Şimali Koreya hidrogen bombasının uğurlu sınağını keçirdiyini bəyan edib. Cənubi Koreyanın informasiya agentliyi bundan əvvəl-səhər saatlarında «Pxunqeri» poliqonunun yerləşdiyi rayonda yeraltı təkanlar qeydə alındığını xəbər verib. İlkin qənaətə görə təkanlar təbii sesmik fəallıqla bağlı olmayıb.

Beynəlxalq kütləvi informasiya vasitələri də (KİV) Şimali Koreyanın son illərdə 6-cı-sonuncu nüvə sınağı keçirməsi barədə məlumat yayıblar.

Çinin zəlzələlərin monitorinqi üzrə idarəsi də 6,3 bal gücündə təkanlar qeydə alındığını və bunun ola bilsin ki, «nüvə sınağı» ilə bağlı olduğunu bəyan edib.

Yerli vaxtla səhər saat 11:30-da qeydə alınmış zəlzələnin mərkəzi«sıfır kilometrlik» dərinlikdə olub.

«Pxunqeri» Şomali Koreyanın nüvə sınaqları üçün ən böyük poliqonudur.

Poliqon sönmüş «Pektusan» vulkanının dağlıq ərazisində yerləşir.

Bu ərazi Yapon dənizinin 65, Rusiya sərhədinin isə təxminən 190 kolometrliyindədir.

Şimali Koreya 2016-cı ilin yanvarında da Hidrogen bombasının uğurlu sınağını keçirdiyini bəyan eləmişdi.

Şimali Koreyanın keçirdiyi son raket və nüvə sınaqları Koreya yarımadası ətrafında onsuz da gərgin olan vəziyyəti daha da kəskinləşdirib.

Cənubi Koreya ABŞ-la birlikdə buna cavab verməyə hazır olduğunu bəyan edib.

Həmçinin Yaponiya raket və nüvə sınaqlarının ciddi narahatlıq doğurduğunu və qəti şəkildə qəbuledilməz olduğunu bəyan edib.

Çinin xarici işlər nazirliyi Şimali Koreyanı bu cür hərəkətləri dayandırmağa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməyə çağırıb.

ABŞ prezidenti Donald Trump dəfələrlə bəyan edib ki, Pxenyanın raket sınaqlarına cavab vermək üçün «bütün variantlar masa üstündədir». O, avqustun 30-da Twitter-də yazıb ki, Şimali Koreya məsələsinin həllinin cavabı danışmaqda deyil.

Rusiyanın xarici işlr naziri Sergei Lavrovsa ABŞ Dövlət katibi Reks Tillersona deyib ki, ABŞ-ın Şimali Koreyaya qarşı hər hansı hərbi addımı «proqnozlaşdırılmayan nəticələr» verər. O, Şimali Koreyaya əlavə sanksiyaların əks-nəticələr törədəcəyini də əlavə edib.

Qeyd edək ki, Pxenyan həmin vaxt-yəni indiki sınaqdan bir neçə gün əvvəl yeni ballistik raketin sınağını keçib.

Yaponiya üzərindən keçən raket dənizə düşüb. Bundan sonra Tokio Şimali Koreyaya yeni sanksiyalar qoymağa çağırıb.

BMT-nin Təhlükəsizlik Şurası bundan əvvəlki sınaqlara görə, Pxenyana yeni iqtisadi sanksiyalar qoymuşdu.