vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
QƏZA, FACİƏ  
15:21 | 3 sentyabr 2017 | Bazar Məqaləyə 2667 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İraqda azərbaycanlı faciəsi

Qadın və onun beş uşağı öldürüldü

MÖVZU İLƏ ƏLAQƏLİ

İraqda, İŞİD və İraq ordusu arasındakı döyüşlərin gedişatında azərbaycanlı qadın və onun beş uşağı öldürülüb. Virtualaz.org-un məlumatına görə, bu haqda sosial şəbəkələrdən birindəki səhifəsində həlak olmuş qadının bacısı İren Abdullayeva bildirib.

Öldürülənlərin meyitləri dəfn olunmaları üçün Bakıya gətirilib. Almaniyada yaşayan İ.Abdullayeva ürək ağrısı ilə yazıb ki, insanlar adətən öz vətəninə yaxınlarını görmək üçün gedirlər, amma o, onları dəfn etmək üçün...

Baş verən dəhşətli hadisəyə görə, o, radikal musəlmanları ittiham edib. Həlak olmuş qadın və onun uşaqları üç il imiş ki, İraqda yaşayırlarmış. Və nəticədə belə faciəli son.

VAXT.AZ xatırladır ki, bu, azərbaycanlı qadınların İraqda və Suriyada öz uşaqları ilə birlikdə həlak olduqları ilk hadisə deyil.

Məsələn, bir neçə ay əvvəl məlumat yayılmışdı ki, Suriyada İŞİD döyüşçülərinin hücumu zamanı azərbaycanlı qadın və onun iki uşağı öldürülüb. Qadının əri Fikrət Əliyev 2015-ci ilin başlanğıcında Suriyaya getmiş və takfiristlərə qoşulmuşdu. Bundan bir müddət sonra ailəsi də Suriyaya - onun yanına yollanmışdı.

Ancaq Fikrət Əliyev dörd ay sonra döyüşdə öldürülmüş, onun arvadı və uşaqları Suriyanın dağıdılmış şəhərlərində sərgərdan dolaşmağa başlamışdılar. Lakin tezliklə onlar da müharibənin qurbanı oldular. Həlak olan qızın 7, oğlanın isə 3 yaşı vardı...