vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
15:58 | 3 sentyabr 2017 | Bazar Məqaləyə 1757 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Cəmi 400 nəfər öldürülüb?

700 binanın dağıdılıb yandırıldığı, 38 min insanın canını götürüb qaçdığı faciədə açıqlanan ölü sayı real görünmür

MÖVZU İLƏ ƏLAQƏLİ

Ötən həftə ərzində Myanmarın Raxin ştatında baş verən zorakılıqlar nəticəsində təxminən 400 nəfər ölüb. Onların demək olar hamısı müsəlman üsyançı olub.

Bu məlumat ordunun «Facebook» səhifəsində paylaşılıb. Orada ölənlərdən 370 nəfərin üsyançı olduğu, 29 nəfərin isə ya polis ya da mülki vətəndaş olduğu bildirilib.

Lakin azlıq Rohinca müsəlmanları icmasının üzvləri kəndlərinə hücum olunduğunu, onlarla insanın öldürüldüyünü, minlərlə insanın isə qaçdığını bildirir.

Şənbə günü «Human Rights Watch» təşkilatı peyk görüntülərində cümə axşamı Rohinca müsəlmanlarının yaşadığı Çein Xar Li kəndində 700 binanın dağıldığı göstərilir. İnsan haqları qrupu kəndin 99 faizinin dağıldığını və bu dağıntılara yanğınların səbəb olduğunu bildirir.

Birləşmiş Millətlər Təşkilatı azı 38 min insanın Myanmardan Banqladeşə qaçdığını və onların çoxunun Rohinca müsəlmanı olduğunu bildirir. Banqladeşdəki icma liderləri Amerikanın Səsinə deyib ki, Rohinca müsəlmanları ilə birlikdə sərhədi Myanmardakı bir başqa azlıq qrup olan hindular keçib.

Robertson BMT-nin Faktları Araşdıran Missiyası Myanmar hökuməti ilə əməkdaşlıq etməlidir və «Raxin ştatındakı insan haqları pozuntularını dəyərlənirməli və hücumlara son qoyub, höümətin cavabdehliyini yerinə yetirməsini təmin etməlidir».

«Human Rights Watch» bildirib ki, Myanmardan Banqladeşə qaçan qaçqınlar təşkilata Myanmar əsgərləri və polislərinin onların evlərini yandırdığını və kənd sakinlərinə qarşı silahla hücum etdiklərini deyib.

Təşkilat Rohinca qaçqınlarının çoxunda təzə güllə yaralarının olduğunu bildirib.

Banqladeşdəki mənbələr son günlərdə sərhədi 60 min insanın keçdiyini deyir.

 

Didərgin düşənləri yeməklə təmin etmək çətinləşir

 

Bundan əlavə minlərlə insan kəndlərindən qaçaraq, digər Raxin şəhərlərində ibadətgahlara, məktəblərə və məscidlərə sığınıb. Təcili Yardım Komitəsinin sədr müavini Xin Uin 800 insanın Maunqdav şəhərindəki iki buddist monastırına yerləşdiyini bildirib.

Könüllülər məcburi köçkünlər üçün yemək tapmaqda çətinlik çəkir, deyə o bildirib.

«Bizim içməli suya, ətə, balığa və dərmanlara ehtiyacımız var», o deyib. Qrup digər icmalardan düyü və başqa ianələr toplayıb, amma hökumətdən çox az ianə alıb.

«Hökumətin yardım agentliyi bizi bir neçə paxla torbası ilə təmin edib. 500 nəfərlik bu paxla yetərli deyil», Uin deyib.