vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
MƏMLƏKƏT  
16:27 | 3 sentyabr 2017 | Bazar Məqaləyə 2966 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

183 ədəd partlamayan sursat aşkarlandı

Xızıda sakinlər arasında mina təhlukəsizliyinə dair təbliğat aparaılır

MÖVZU İLƏ ƏLAQƏLİ

Müdafiə Nazirliyinin Xızı rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentliyin (ANAMA), FHN və DİN-in birgə keçirdiyi təmizləmə əməliyyatları barədə məlumat yayılıb.

ANAMA-dan verilən xəbərə görə, 2 sentyabr tarixində hərbi hissənin ətrafında, Giləzi qəsəbəsində, Sitalçay və Şurabad kəndləri ərazisində 4 evin həyətyanı sahəsinə, 2 əkin sahəsinə, 2 qəbiristanlığın yaxınlığına, ferma ərazisinə, Samur-Abşeron kanalının içərisinə və ətrafına baxış keçirilib, 183 ədəd partlamamış hərbi sursat (PHS), 729 ədəd partlamış-yanmış raketin qalıqları, 570 kq yandırma aşkar olunaraq götürülüb, nəticə etibarilə 1 298 623 kv.m (129.86 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 7 gün ərzində 11 ev, 38 evin həyətyanı sahəsinə, 5 ferma ərazisinə, 5 əkin sahəsinə, 6 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xəttinə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 1 kənd qəbiristanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, balıqçılıq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, taxıl anbarının yaxınlığında yol kənarına, Samur-Abşeron kanalının içərisinə və ətrafına baxış keçirilib, 9 075 477 kv. m (907.55 ha) ərazi yoxlanılıb, 884 ədəd partlamamış hərbi sursat, 1 101 ədəd partlamış-yanmış sursat qalıqları və 1 179 kq yandırma aşkar olunaraq götürülüb

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Stalçay və Şurabad kəndləri ərazisində 3 441 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.