vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 16 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
BÖHRAN  
16:55 | 3 sentyabr 2017 | Bazar Məqaləyə 1902 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Astanada qarışıqlıq

41 nəfər saxlanılıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Sentyabrın 2-də gecə xeyli adam Astanada Almatı və Türküstan küçələrini bağlayıb. Hadisə yerinə dubinka və qalxanlarla silahlanmış xüsusi təyinatlı dəstə yeridilib. Bundan başqa ora yanğınsöndürənlər, «təcili yardım» briqadaları və iki avtobusla əlavə polis qüvvələri cəlb olunub.

Daxili İşlər Nazirliyinin məlumatına görə, «Əbu-Dabi Plaza» ərazisində Hindistandan olan fəhlələrlə Qazaxıstan vətəndaşları arasında dava olub. Dava mühafizəçinin sərxoş halda olan hindlini içəri buraxmaqdan imtina etməsinə görə başlayıb. Hindistandan olan fəhlə öz həmyerlilərini köməyə çağırıb və onlar mühafizəçini döyüblər. Yerli fəhlələr isə mühafizəçini müdafiə ediblər, nəticədə təxminən 30 insanın iştirak etdiyi kütləvi dava baş verib.

Qarışıqlıqlara görə 41 nəfər saxlanılıb, onların arasında əcnəbi yoxdur. Bütün qazaxstanlıları yoxlama üçün daxili işlərin orqanlarının bölmələrinə aparıblar. Onlardan bir çoxu sərxoş halda olub.

Virtualaz.org-un informburo.kz-a istinadən məlumatına görə, baş prokurorun müavini Andrey Lukin bildirib ki, hazırda vəziyyət nəzarət altındadır.