vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
BÖHRAN  
22:25 | 3 sentyabr 2017 | Bazar Məqaləyə 2624 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Düşmənçilik aktıdır»

Moskva ABŞ-ın Rusiyanın diplomatik nümayəndəliklərini bağlamasına siyasi qiymət verdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Moskva Vaşinqtonun Rusiyanın üç diplomatik nümayəndəliyinin bağlanması qərarına yenidən baxmasını tələb edərək, bu addımı «düşmənçilik aktı» adlandırıb.

«Biz baş verənləri Vaşinqton tərəfindən açıq düşmənçilik aktı və beynəlxalq qanunun kobud şəkildə pozulması kimi dəyərləndiririk», Rusiya Xarici İşlər Nazirliyinin açıqladığı bəyanatda bildirilir.

«Biz Amerika rəsmilərini fikirlərini dəyişməyə və Rusiyanın diplomatik əmlakının dərhal qaytarılmasına çağırırıq. Əks təqdirdə bizim ölkələrimiz arasında münasibətlərin pisləşməsinin davam etməsinin məsuliyyəti bütünlüklə ABŞ-ın üzərinə düşəcək», bəyanatda bildirilir.

ABŞ Dövlət Departamenti şənbə günü bildirib ki, Rusiya tərəfindən boşadılmış bütün üç diplomatik nümayəndəlik binasının nəzarətini ABŞ hökumətinin müraciəti əsasında öz üzərinə götürüb.

Dövlət Departamentinin rəsmisinin şənbə günü göndərdiyi emaildə bildirilir ki, binaların hamısında Rusiya Xarici İşlər nazirliyinin bəyanatında göstərildiyi kimi məcburi axtarış deyil, Rusiya rəsmiləri ilə birlikdə təftiş aparılıb.

Kreml Vaşinqtonu hədələmə taktikası işlətməkdə ittiham edib və Federal Təhqiqatlar Bürosunun rəsmilərinin binalardan birinin qapısını sındırmaqla təhdid etdiyini iddia edib.

Paytaxt Vaşinqtondakı bina Birləşmiş Ştatlar və Rusiya arasında son aylar diplomatik qarşıdurma ilə əlaqədar ABŞ-da bağlanan üç obyektdən biridir. Rusiyanın San Fransiskodakı baş konsulluğu və Nyu Yorkda ticarət nümayəndəliyi də Vaşinqtonun tələbi ilə bağlanıb.