Tramp yeni nüvə sınağını pislədi
ABŞ prezidenti Şimali Koreyanı «rəzil ölkə» adlandırdı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“ABŞ-la vaxtaşırı görüşürük”
Əsəd: “Heç bir nəticə olmayacağını bilsək belə, cəhd edəcəyik”
-
Nyu-Yorkda siçovul böhranı
Leptospiroz xəstəliyinə yoluxanların sayında ciddi artım var
-
Nüvə müharibəsinə hazırlıq qızışır
ABŞ yeni döyüş başlığının istehsalına başlayır
-
Çinə qarşı kiber hücum ittihamı
Hakerlər ABŞ-ı susuz və enerjisiz qoymağa çalışıblar
-
95 milyard dollarlıq yardım
ABŞ Ukrayna, İsrail və Tayvana fantastik məbləğ ayırdı
-
Təyyarəsi yenə xarab oldu
NATO toplantısına maşınla getdi
-
Amerika seçicisi balans istəyir
Sorğuda respondentlərin əksəriyyəti “dünya siyasətinə daha az qarışılmasına” tərəfdardır
-
“Onlar insan deyil”
Tramp ölkədəki qeyri-qanuni mühacirləri hədəfə alıb
-
“Hwasongpho-16B” hədəfi vurub
Şimali Koreya hipersəs döyüş başlığı daşıyan ballistik raketi sınaqdan keçirib
-
ABŞ terrordan qabaq işarə vermişdi
Putin qeyri-qanuni miqrasiyaya qarşı təhlükəsizlik tədbirlərinin artırılmasını əmr edib
-
“ABŞ seçkiyə kölgə saldı”
Nikolas Maduro: “Vaşinqtonda əsəblər gərgindir”
-
Vaşinqton və “boz ərazi”
Bayden administrasiyasının heç vaxt dəqiq strategiyası olmayıb
-
“Əlaqələr kəsilməməlidir”
ABŞ və Çin arasında kritik görüş – “Tayvan qırmızı xətdir”
-
5 milyard ödəyəcək
“Google” təzminat iddialarını qəbul edib
-
“Lego”dan ABŞ polisinə etiraz
Şübhəlilərin üzünün örtülməsinə görə ....
-
NATO-ya qadın başçı
Dünyanın ən güclü hərbi ittifaqına qatı antirusiyaçı, keçmiş SSRİ vətəndaşı rəhbərlik edəcək
ABŞ prezidenti Donald Tramp Pxenyanı indiyə qədər keçirdiyi ən böyük nüvə sınağına görə qınayıb və Şimali Koreyanı «rəzil ölkə» adlandırıb. Tramp bildirib ki, Şimali Koreyanın «sözləri və əməlləri Birləşmiş Ştatlar üçün düşmən və təhlükəli xarakter daşımaqda davam edir».
«Şimali Koreya böyük Nüvə Sınağı keçirib. Onların sözləri və əməlləri Birləşmiş Ştatlar üçün düşmən və təhlükəli xarakter daşımaqda davam edir».
«Twitter» səhifəsində yazdığı bir neçə mesajda ABŞ lideri Şimali Koreyanı Çin üçün böyük təhlükə adlandırıb və Pekinin problemin həll edilməsinə çalışsa da, buna az uğurla nail ola bildiyini bildirib.
«Şimali Koreya rəzil bir ölkədir və problemin həllinə çalışan, lakin çox az uğur qazanan Çin üçün böyük təhlükə və təhdid təşkil edir», Tramp mesajında yazıb.
Lakin Tramp eyni zamanda, ABŞ-ın müttəfiqi olan Cənubi Koreyanı da tənbeh edərək bildirib ki, Seulun Pxenyanı razı salmaq tonunda danışıqları heç bir işə yaramır.
«Cənubi Koreya görür ki, mənim onlara dediyim kimi, onların Şimali Koreyanı razı salmaq tonunda danışıqları işə yaramır, onlar yalnız bir şeyi başa düşürlər!», Tramp «Twitter» mesajında yazıb.
Ağ Ev bildirib ki, prezident Tramp və onun təhlükəsizlik məsələləri üzrə müşavirləri bazar günü məsələni müzakirə etmək üçün görüş keçirir.
Trampın Cənubi Koreyanı tənqid etməsi və ölkənin yeni prezidenti Mun Jae-inin Şimali Koreya ilə danışıqlar təşəbbüsü ABŞ liderinin Seulla Milli Təhlükəsizlik məsələləri üzrə müşavir Makmaster və baş iqtisadi müşavir Qeri Conun etirazlarına baxmayaraq, azad ticarətə dair sazişə son qoymağa hazırlaşdığı bir vaxta təsadüf edir.
ABŞ və Cənubi Koreya arasında ticarət dövriyyəsi keçən il 112 milyard dollar təşkil edib. Lakin ABŞ-ın transaksiyalarada ticarət defisinin 27 milyard dollardan çox olması Trampın narahatlığı üçün əsas yaradıb.