vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
AMERİKA  
23:53 | 3 sentyabr 2017 | Bazar Məqaləyə 2553 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qasırğanın gətirdiyi fəlakət

Harvinin vurduğu zərər 180 milyard dollar təşkil edə bilər

MÖVZU İLƏ ƏLAQƏLİ

Harvi qasırğasının Hyustona indiyə qədər görünməmiş yağışlar gətirməsindən doqquz gün sonra şəhər sakinləri tədricən öz evlərinə qayıtmağa və dəymiş zərərin miqyası ilə tanış olmağa başlayır.

Texas ştatının qubernatoru Qreq Abbott Fox tele kanalına müsahibə zamanı deyib ki, Harvi qasırğasının vurduğu zərər 180 milyard dollar təşkil edə bilər. Bu, ABŞ prezidenti Donald Trampın keçən həftə qasırğanın nəticələrinin aradan qaldırılması üçün Konqresdən istədiyi 7,85 milyard dollardan 20 dəfə artıqdır.

Hyuston sakinləri su səviyyəsi azaldıqda öz evlərinə qayıtmağa başladığı vaxt şəhərin meri Silvestr Törner şəhərin dolmuş iki su anbarının yaxınlığında yerləşən qərb hissəsində sakinlərin evakuasiya edilməsinə çağırıb. ABŞ Ordusunun Mühəndislər Korpusu su bəndlərinin daşmasına yol verməmək üçün məqsədyönlü şəkildə həmin əraziləri su altında saxlayır. Törner deyib ki, 20 mindən çox ev daha iki həftə su basmış vəziyyətdə qalacaq.

Hyuston yaxınlığındakı Bomont şəhərində bazar günü içməli su sistemi sıradan çıxıb.

Hyuston rəsmilərinin bildirdiyinə görə, şəhərin özü də daxil olmaqla, ətrafdakı Harris dairəsi ilə birlikdə 156 min evə zərər dəyib. Hyuston ABŞ-ın əhalinin sayına görə dördüncü ən böyük şəhəridir.

Prezident Tramp şənbə günü Hyuston şəhərinə səfər edərək, Harvi qasırğasının təsirinə məruz qalmış sakinlərlə görüşüb. ABŞ prezidenti qasırğanın nəticələrinin tez zamanda aradan qaldırılacağına söz verib.

Prezident Tramp və birinci xanım Melaniya Hyustonda qasırğadan zərər çəkmiş sakinlər üçün sığınacaqda olublar. ABŞ-ın birinci xanımı uşaqlarla vaxt keçirib, onlara kitablar, rəngli karandaşlar və oyunlar hədiyyə edib.

Prezident eyni zamanda, qasırğadan sonra təmizləmə işlərinə federal yardım səviyyəsini 75 faizdən 90 faizə çatdırılması haqda göstəriş verib.

Trampın Konqresə yardımla bağlı müraciətində Federal Fövqəladə Hallar agentliyinə qasırğanın nəticələrinin aradan qaldırılması üçün ilkin 7.4 milyard dollar ayrılması nəzərdə tutulur. Buraya evlərin təmiri və kiçik biznes sahiblərinə fəlakətlə əlaqədar kredit üçün 450 milyon dollar məbləğində vəsaitin ayrılması daxildir. Konqresin prezidentin müraciətini tez zamanda təsdiq edəcəyi gözlənilir.