vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
BÖHRAN  
12:16 | 4 sentyabr 2017 | Bazar ertəsi Məqaləyə 2090 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Düşmənçilik və təhlükə»

Ceyms Mattis: «Şimali Koreyanın tamamilə məhvi olmasını istəmirik»

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ prezidenti Donald Tramp deyir ki, ölkəsi özünü və müttəfiqlərini «diplomatik, adi silahlar və nüvə qabiliyyəti» ilə müdafiə etməyə hazırdır. Bundan öncə Şimali Koreya uzaqmənzilli raketə yüklənə bilən hidrogen bombasını sınaqdan keçirdiyini bildirib.

Tramp sentyabrın 3-də danışıb. Ondan öncə müdafiə naziri Ceyms Mattis deyib ki, Birləşmiş Ştatlara hər hansı hədəyə «kütləvi» hərbi cavab veriləcək və Şimali Koreya hərəkətləriylə «tam məhv» riskiylə üzləşir.

Bu arada Cənubi Koreya ordusu bildirib ki, hava qüvvələri və ordusu nüvə raketi təlimi keçirib və bu, Pxenyanın şübhəli hidrogen bombasını partlatmasına cavab olaraq gerçəkləşdirilib.

Ölkənin baş qərargah rəisi sentyabrın 4-də bildirib ki, ordu Şimali Koreyanın nüvə sahəsinə hücum imitasiyası yaradan canlı atəş təlimi aparıb, «Şərq dənizində hədəfləri» vurub.

Şimali Koreya qitələrarası ballistik raketə (ICBM) yüklənə bilən hidrogen bombasını uğurla sınaqdan keçirdiyini açıqlayandan sonra yarımadada onsuz da gərgin atmosfer bir az da gərginləşib.

Şimali Koreyanın dövlət mediasının məlumatına görə, altıncı nüvə sınağı «tam uğurla» keçib və ölkənin nüvə silahları proqramının tamamlanmasında «mənalı» addım olub.

BMT qətnamələri Şimali Koreyanın nüvə və ballistik raket proqramını qadağan edir, ancaq Pxenyan bütün dünyaya meydan oxuyaraq sınaqları davam etdirir.

Dünya ictimaiyyəti indiyədək görünməmiş birlik sərgiləyərək son nüvə sınağını pisləyib. Çin Pxenyanı «yanlış» addımları dayandırmağa çağırıb. Rusiya deyib ki, bu, «ciddi fəsadlar» yaradar.

Tramp «Twitter»də yazıb ki, «Pxenyanın sözləri və hərəkətləri Birləşmiş Ştatlara düşmənçilik və təhlükə sərgiləməkdədir».

C.Mattis ABŞ-ın baş qərargah rəisi Cozef Danfordla (Joseph Dunford) yanaşı dayanaraq jurnalistlərə deyib: «Biz bir ölkənin, Şimali Koreyanın total məhvini istəmirik. Dediyim kimi, bunu etməyə bir neçə variantımız var».

Sentyabrın 4-də BMT-nin Təhlükəsizlik Şurası ABŞ, Yaponiya, Fransa, Britaniya və Cənubi Koreyanın xahişiylə yığışacaq, böhranı müzakirə edəcək. BMT-nin baş katibi Antonio Guterres son nüvə sınağını pisləyib, sözçüsü bunun regional təhlükəsizliyə dərin sabitsizlik yaratdığını bildirib. Hidrogen bombası adi atom bombasından güclüdür. Birləşmiş Ştatlar İkinci Dünya müharibəsinin sonuna yaxın Yaponiya üzərinə həmin bombadan atıb.