vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
AMERİKA  
13:04 | 4 sentyabr 2017 | Bazar ertəsi Məqaləyə 2689 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Obama Trampa məktubunda nə yazıb?

«Uğur üçün hazır resept yoxdur, ona görə də bilmirəm ki, hansı məsləhətim sizə faydalı olar»

MÖVZU İLƏ ƏLAQƏLİ

45-ci ABŞ prezidenti Donald Trampın andiçmə mərasimi keçirilən gün , 44-cü prezident Barak Obama yazdığı məktubu zərfə qoyub, zərfin üstünə isə «Cənab prezidentə» sözlərini yazıb. Ağ Evin rəsmi blankında və əllə yazılan məktubunu Obama prezidentin yazı masasının üst yeşiyinə qoyub. Obamanın nə yazdığını hətta onun köməkçiləri də bilməyib.

İndi – 7 ay yarım sonra CNN həmin məktubun tam mətnini əldə edib:

 

«Cənab prezident,

Sizi seçkidə parlaq qələbə münasibətilə təbrik edirəm. Milyonlarla adam öz ümidlərini sizə bağlayıb. Sizin prezidentlik müddətində rifahın və təhlükəsizliyin artacağına ümid edilir.

Prezident vəzifəsi unikaldır. Uğur üçün hazır resept yoxdur. Ona görə də mən bilmirəm ki, mənim hansı məsləhətim Sizə faydalı olar. Bununla belə, özümün 8 illik prezidentliyimdən bəzi təəssüratları Sizinlə bölüşmək istəyirəm.

Birincisi, bizim hər ikimizin bəxti çox və çox gətirib. Hər adama belə uğur qismət olmur. İndi bizim növbəmizdir ki, əlimizdən gələn hər şeyi edək, gərgin zəhmətə hazır olan hər bir uşaq və hər bir ailə də uğur qazana bilsin.

İkincisi, bu dünya indi Amerika liderliyi olmadan keçinə bilməz. Bizim işimiz- öz nümunəmizlə və müdaxiləmizlə dünyada nizamı saxlamaqdır. Bizim öz rifahımız və təhlükəsizliyimiz bundan asılıdır.

Üçüncüsü, biz Ağ Evin yalnız müvəqqəti sakinləriyik. Bunun sayəsində biz qanunun aliliyi, hakimiyyətin bölünməyi, hamının qanun qarşısında bərabərliyi, vətəndaş azadlıqlarına təminat kimi demokratik institutların və ənənələrin qoruyucusu oluruq. Bunlar naminə bizim əcdadlar mübarizə aparıblar və öz qanlarını töküblər. Cari siyasətin necə getməyindn asılı olmayaraq bizim borcumuz - bu demokratik vasitələri ən azı bizə çatan səviyyədə güclü saxlamaqdır.

Və nəhayət sonuncusu, hadisələr burulğanına və məsuliyyət yükünə baxmayaraq həmişə dostlarınız və ailəniz üçün vaxt tapın. Onlar Sizə qaçılmaz çətinlikləri dəf etməyə kömək edərlər.

Biz Mişellə Sizə və Melaniyaya bu mürəkkəb yolun əvvəlində uğurlar arzulayırıq və bilin ki, kömək etməyə həmişə hazırıq.

Uğurlar»

 

Barak Obama məktubunu «BO» kimi imzalayıb.

Donald Tramp bu məktubu Ağ Evin qonaqlarına artıq göstərmişdi, «ABC News»a müsahibəsində Tramp məktub haqda demişdi ki, «Məktub uzundur. Mürəkkəbdir. Dərin fikirlərlə doludur». Ancaq Tramp məktubu oxumaq istəməmişdi.

Amerikada prezidentlikdən gedənin prezidntliyə gələnə məktub yazması Amerikada ənənədir. Ancaq Obamanın məktubu onun Corc Buşdan aldığı məktubdan iki dəfə uzundur.