vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
AKTUAL  
15:37 | 4 sentyabr 2017 | Bazar ertəsi Məqaləyə 2130 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ağa dedi sür dərəyə...

Ermənistan NATO ilə əməkdaşlıqdan imtina etdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistan ötən gün Gürcüstanda start götürən «Agile Spirit 2017» («Çevik ruh - 2017») çoxmillətli hərbi təlimlərdə iştirakdan imtina edib. Virtualaz.org-un TASS-a istinadən məlumatına görə, Ermənistan silahlı qüvvələrinin nümayəndələri tədbirin açılış mərasiminə qatılmayıblar.

«Erməni hərbi qulluqçuları «Agile Spirit 2017» təlimlərinin rəsmi açılışına gəlmədilər. Biz Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyindən hələ heç bir izah almamışıq», - deyə Gürcüstan Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr və strateji kommunikasiyalar departamentinin rəhbəri Nino Tolordava təəccüblə bildirib.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ohanesyan isə məsələ ilə bağlı şərh verməkdən ümumiyyətlə imtina edib.

Qeyd edək ki, sentyabrın 11-dək davam edəcək təlimlərdə Gürcüstan, ABŞ, Bolqarıstan, Latviya, Rumıniya, Ukrayna və Ermənistan hərbçiləri iştirak etməli idilər. Təlimlərin keçirilməsində məqsəd ABŞ qüvvələri ilə NATO-nun üzv və tərəfdaş ölkələrinin hərbçiləri arasında qarşılıqlı əlaqənin inkişaf etdirilməsi, müdafiə və hücum əməliyyatları üzrə biliklərin artırılması və regionda təhlükəsizliyin təmin olunmasıdır. «Agile Spirit 2017» təlimləri Gürcüstanda 2011-ci ildən etibarən keçirilir. Amma...

Xatırladaq ki, son aylar Ermənistanın NATO ilə hərbi-siyasi əməkdaşlığının kəskin aktivləşməsi müşahidə edilirdi. Və  Şimali Atlantik blokunun müxtəlif hərbi təlimlərində erməni hərbi qulluqçularının iştirakı, virtualaz.org-un dəfələrlə yazdığı kimi, Kremldə açıq qıcıq doğururdu. Rusiya hakimiyyəti Ermənistan silahlı qüvvələrinin Şimali Atlantik blokunun bütün son təlimlərində aktiv iştirakına qəzəblə baxırdı. Moskva hətta açıq şəkildə Sərkisyan hökumətinin riyakarlığına və xarici siyasətdə ardıcıl olmamasına işarə etməyə başlamışdı. Xüsusilə də Ermənistan silahlı qüvvələrinin Gürcüstandakı böyük hərbi-qərargah təlimlərinə cəlb edilməsini və təlim vaxtı NATO tanklarının Rusiya və gürcü qoşunlarının təmas xəttinə çox sıx yaxınlaşdığını nəzərə alaraq.

Onu da qeyd edək ki, NATO ilə Ermənistan Müdafiə Nazirliyinin əməkdaşlığının aktivləşməsindən dərhal sonra Rusiya prezidenti Vladimir Putinin Ermənistan prezidenti Serj Sarkisyanla üzbəüz, planlaşdırılmamış görüşü oldu. Və Ermənistana, yumşaq desək, hərbi-siyasi ittifaq - Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı qarşısındakı öhdəliklərini xatırlatdılar. Necə deyərlər, ağa dedi sür dərəyə...

Və bu da ardıcıl olmayan siyasi dreyfin məntiqi tamamlanması – Ermənistan NATO-ya yenidən arxa çevirdi… Nə vaxta qədər?