vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
ENERGETİKA  
17:46 | 22 yanvar 2014 | Çərşənbə Məqaləyə 3077 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yevlax və Mingəçevirdə neft var?!

50 il bundan qabaq dayandırılmış geoloji axtarışlar bərpa edilib

JALƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yevlax və Mingəçevir rayonlarında neft axtarır. Bu barədə virtualaz.org saytına AMEA-dan məlumat veriblər. Xəbərdə deyilir ki, Yevlax və Mingəçevirdə neft yataqlarının olduğu ehtimal edilir:

«Bu ərazilərdən keçən Acınohur dağ silsiləsi ötən əsrin 40-60-cı illərində aparılmış geoloji tədqiqatlar nəticəsində perspektivli neft-qaz rayonu kimi qiymətləşdirilib. Həmin vaxt elmi-nəzəri məlumatlar əsasında bu geoloji zolaqda kəşfiyyat quyuları qazılıb, lakin elmi texnologiyanın kasadlığı səbəbindən axtarışlar lazımi mərhələyə çatdırılmayıb».
AMEA-nın neft axtarışını Dövlət Neft Şirkətinin Elm Fondu maliyyələşdirir. Qeyd edək ki, layihə çərçivəsində Şəkidə də neft axtarışına başlayacaqlar.