vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜNDƏM  
16:18 | 4 sentyabr 2017 | Bazar ertəsi Məqaləyə 1699 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İsrail «qırmızı xətt»dir»

Fars-molla rejimi yenə Azərbaycanın işinə qarışır

MÖVZU İLƏ ƏLAQƏLİ

İranın Ali dini rəhbərinin Şərqi Azərbaycan ostanındakı nümayəndəsi Məhəmməd Əli Əl-Haşem Azərbaycanı İsraildə səfirlik açmamağa çağırıb.

Virtualaz.org «Farsnews»a istinadən xəbər verir ki, Təbrizdə islam ölkələrinin KİV nümayəndələri ilə görüşən Əl-Haşem bəyan edib ki, bəzi ölkələr İranla Azərbaycanı bir-birindən uzaqlaşdırmağa çalışır. «Buna görə də, biz Azərbaycanı çağırırıq ki, düşmənlərin hiylələrindən çəkinsin», - İran ruhaniliyinin təmsilçisi deyib.

O əlavə edib ki, KİV iki ölkənin hökumətlərini yaxınlaşdıra bilər. «İsrail müsəlmanlar üçün «qırmızı xətt»dir və biz Azərbaycanı çağırırıq ki, İsraillə münasibətlərin qurulması üzrə heç bir hərəkətə yol verilməsin. Deyilənə görə, Azərbaycan İsraildə səfirlik açmaq istəyir, lakin o, bunu etməməlidir».

O bildirib ki, İranla Azərbaycan arasında siyasi və sosial münasibətlər etimad üzərində qurulub, lakin «düşmənlərin siyasəti narahatlıq doğurur».

Bu, İranın dini rəhbərlik nümayəndələrinin Azərbaycanı İsraillə münasibətlərdən imtina etməyə çağıran ilk cəhdləri deyil. Ötən ilin dekabrında – İsrailin baş naziri Binyamin Netanyahu Bakıya rəsmi səfərə gələrkən Qərbi Azərbaycan ostanının ruhani nümayəndəsi Seyid Mehdi Qureyşi həmin səfəri yolverilməz adlandırmışdı. Ərdəbildəki ruhani nümayəndə Seyid Həsən Ameli isə İranla həmsərhəd olmasını İsrailin Azərbaycana göstərdiyi marağın yeganə səbəbi olduğunu demişdi.