vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
GÜNDƏM  
22:48 | 4 sentyabr 2017 | Bazar ertəsi Məqaləyə 2567 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bizi çaşdırdılar...»

Erməni polkovnik Azərbaycan tanklarının təmas xəttinə cəmləşdirilməsi haqda

MÖVZU İLƏ ƏLAQƏLİ

«Ötən ilin aprelində bizim dərin videomüşahidə vasitələrimiz yox idi deyə Azərbaycan tərəfinin qüvvələrinin hərəkətini izləyə bilmirdik. Məsələn, gündüz rəqib təmas xəttinə iki tank çıxarırdı, ertəsi gün axşam isə öz qüvvələrini yeni tankların irəli yeridilməsi hesabına artırırdı. Lakin biz onları izləyib saya bilmirdik ki, nə qədər tank gəlib. Ancaq səsləri eşidilirdi».

Virtualaz.org xəbər verir ki, bu sözləri Dağlıq Qarabağdakı qondarma rejimin «müdafiə nazirliyinin» operativ idarəsinin rəisi, polkovnik Viktor Arustamyan deyib. Onun sözlərinə görə, Azərbaycan ordusu texnikanın müntəzəm yerdəyişməsini həyata keçirərək aldadıcı manevrlər edirdi, nəticədə onların məqsədini başa düşmək olmurdu.

«Dərin kəşfiyyat vasitələrimiz olmadığından rəqibin bu hərəkətləri bizi çaşdırdı və hadisələrə həmin məqam reaksiya verə bilmədik», - Arustamyan əlavə edib.

İndi isə polkovnik Arustamyanın dediyi kimi, erməni mövqeləri videomüşhidə sistemləri ilə təchiz edildiyindən təmas xəttində baş verənləri izləmək mümkün olur.