vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
TOP OYUNLARI  
23:59 | 4 sentyabr 2017 | Bazar ertəsi Məqaləyə 2373 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Təəssüf ki, alınmadı»

Robert Prosineçki: «Özümüzü aldatmayaq, bu qarşılaşmada nəticə üçün yox, yaxşı oyun sərgiləmək barədə düşünməliyik»

MÖVZU İLƏ ƏLAQƏLİ

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində doğma meydanda San Marino yığmasını 5:1 hesabıyla məğlub edən Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. VAXT.AZ xəbər verir ki, xorvat mütəxəssis öncə oyunla bağlı fikirlərini bildirib:


- Bu qələbəni qurban bayramı münasibətilə Azərbaycan xalqına həsr edirik. Norveç məğlubiyyətindən sonra komandam sübut etdi ki, yaxşı oynaya bilir. 90 dəqiqə dayanmadan hücum etdik. Norveçlə oyunda çox səhvlər etmişdik. Məndə olan məlumata görə, ilk dəfə Azərbaycan millisi rəqib qapısından 5 top keçirdi. Oyundan və nəticədən razı qaldım.


- Millidə debüt edən Təmkin Xəlilzadənin çıxışından razı qaldınız?

- Bəli, onun oyunundan razı qaldım. İlk oyunu idi. Müdafiədə üzərinə çox yük düşmədi. Hücumlara da qoşulurdu. İlk oyunu olmasına baxmayaraq, yaxşı təsir bağışladı.


- Yığma hazırda 3-cü pillədə qərarlaşıb. Sizin əsas məqsədiniz neçənci yeri tutmaqdı?

- Bizi evdə Çexiya ilə oyun gözləyir. Bu komandadan səfərdə xal almışdıq. Çalışacağıq ki, bu komanda ilə ev oyununda da yaxşı çıxış edərək, xal və ya xallar qazanaq. O ki qaldı Almaniya ilə səfər oyununa, özümüzü aldatmayaq. Bu qarşılaşmada nəticə üçün yox, yaxşı oyun sərgiləmək barədə düşünməliyik.


- Dmitri Nazarov sanki Norveçlə səfər oyununda qəsdən sarı vərəqə aldı. Adətən bu cür epizodlarda belə sərt oynamır. Bu, qarşıdakı oyunlarda onun sarı vərəqələrini «sıfırlamaq» üçün sizin göstərişiniz idi?

- Heç vaxt oyunçularıma belə göstəriş verməmişəm, verməyəcəm də. Bilmirəm, o özü bu barədə fikirləşib, ya yox. Bunu onun özündən soruşsanız yaxşıdır.


- Renat Dadaşov bu gün millidə debüt etdi. Onun çıxışı barədə nə deyə bilərsiniz? 

- Dünən də demişdim ki, imkan olsa, Renata şans verəcəm, verdim də. Gəlin tələsməyək. Gələcək oyunlarda ona şans verib-verməyəcəyimə təlim-məşq toplanışlarında qərar verəcəm. Bu, onun özünü necə göstərməsindən asılı olacaq. Ola bilsin, gələn tsikldə ona tez-tez şans verdim.


- Rəşad Sadıqov bu oyunda qol vursa da, yenə bir neçə səhvə yol verdi...

- Hansı səhvləri deyirsiz? Bu gün kobud səhv etmədi. Ola bilsin, ötürmələrdə bir neçə səhv etdi ki, bu da, kobud səhv deyil. Gələn oyunlarda fiziki durumu imkan versə, şans qazanacaq. Oynamasa belə, millidə yer alacaq.


- Ruslan Abışov niyə hələ də sizin etimadınızı qazana bilmir?

- Ona şans verə bilərdim. Məncə, bu gün o tam formada deyil. Ümid edirəm ki, o, «Neftçi»də oynayaraq öz formasını bərpa edəcək. Gələn oyunlarda o yenə millidə olacaq. Ola bilsin növbəti oyunlarda ona şans verdim.


- Hamı bu gün Ramil Şeydayevdən qol gözləyirdi...

- Ramil bu gün yaxşı oynadı. Komanda üçün «vuruşan» futbolçudur. İmkanları da oldu. Təəssüf ki, istifadə edə bilmədi. Məncə, bir qol vursa, ayağı açılacaq. Klubda da vəziyyəti yaxşı deyildi. Uzun müddətdir oynamamışdı. Bəli, mən də bu gün ondan qol gözləyirdim. Ancaq təəssüf ki, alınmadı.