vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 22 noyabr 2017
ABŞ dolları 1 USD = 1.7002 AZN
Avro 1 EUR = 1.9941 AZN
Rusiya rublu 1 RUB = 0.0287 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2440 AZN
Türk lirəsi 1 TRY = 0.4395 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
10:26 | 5 sentyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 492 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

5:1-dən sonrakı məğlubiyyət

Nəzərlər toqquşanda sanki ildırım çaxır

FƏRİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Matçdan sonra başverənlər Azərbaycan – San Marino oyunundan daha maraqlı idi. Rəhbər şəxslərin əyləşdiyi tribunanın çıxışında gördüklərimizdən belə qənaətə gəldik.

Pərdə açılır. Milli komandanın ardıcıl 4 məğlubiyyətindən sonra gözə görünməyən, özlərini reklam etmək üçün söz tapmayan AFFA rəhbərliyi odlu-alovlu müsahibələr verməyə tələsir. Qurumun prezidenti Rövnəq Abdullayevi danışdırmağa razı salmaq çətin olmur. Özü başlayır.

Maraqlı olan sağ-solundakı adamlardı - Sadıq Sadıqov və Ramin Musayev. Biri «Neftçi»nin sabiq prezidenti, indi cüdo federasiyasında Abdullayevin sağ əli, digəri Peşəkar Futbol Liqasının prezidenti. Elə bu görüntüdən anlamaq olar ki, Rövnəq bəy öz kadrlarını kənara atmayıb.

Bəs, Elxan Məmmədov haradadı? Arxadan gəlir və müsahibə zamanı kənara çəkilən sağ-solun yerini alır. Yəqin müsahibə zamanı rəhbərinin ənənəvi «nöqsanlar»ını düzəltmək üçün süpürgə rolundadı. Milli komandanı təbrik etmək üçün paltardəyişmə otağına yollananda Musayev yenidən qafiləyə qoşulur.

Ramin bəy prezident maşına əyləşib stadionu tərk edənə kimi onun yanındadı. Bu müddətdə Sadıqov da köhnə tanışlarla, futbol camiəsindən, SOCAR-dan tanıdıqları ilə dərdləşir. Həm də əli cibində, əda ilə. «Neftçi»də indiki rəhbərliyə miras qoyub getdiyi Zaur Qəhrəmanov, Cəbrayıl Cəbrayılov və başqaları da onunla səmimi danışır. «Neftçi»nin onun əlindən alanlardan kimsə «kruq»da deyil – hamısı köhnələrdi. Ramin Musayev də onlara yaxınlaşır, yenə eyni, səmimi söhbətlər, gülümsəmələr, lakin PFL prezidenti ilə Sadıqovun nəzərləri toqquşanda sanki ildırım çaxır, hiss olunur ki, hər ikisi nədənsə narazıdı, nəyisə bölüşürlər/bölüşdürürlər. Bəlkə də VİP-Lojada danışılanları isti-isti analiz edirlər.

Sadıqovun birdən-birə üzə çıxması, küsdürüldüyü futbol təsərrüfatında görünməsi təsadüf ola bilməz. «Neftçi»dəki qarışıqlıq, başıpozuqluq deyəsən, yenidən ona üz tutulmasına səbəb olub. Bunu Elxan Məmmədovun dəstəsi də anlayır. Baş katib və dəstəsi əndişədədi. Məmmədov və onun idarəçi olduğu dəstənin xaç atası Elşad Nəsirov kənarda fırlanır, hadisələri, davranışları müşahidə edir. Hiss olunur ki, söhbətlərə müdaxilə edə bilmirlər, narahatdılar, amma pusqudadılar.

Pərdə qapanır. Abdullayev stadionu tərk edir, ardınca Musayev və Sadıqov. Hərəsi öz maşınında. Elxan Məmmədov isə öz ətrafını başına yığıb söhbət edirlər. Bəlkə də məşvərətə gedəcəklər… Axı, mətbuat da ondan müsahibə götürməyi lazım bilmədi, 5:1-ə görə öz rolunu qabartmaq şansını qaçırdı… (futbolinfo.az)


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *