vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
TOP OYUNLARI  
10:52 | 5 sentyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 2158 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qələbədə pay sahibi olmaq əla hissdi»

Təmkin Xəlilzadə: «Fürsətlərdən maksimum yararlanmaq lazımdı»

MÖVZU İLƏ ƏLAQƏLİ

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Təmkin Xəlilzadə DÇ-2018-in seçmə mərhələsi çərçivəsində San Marino üzərində qazanılan qələbədən (5:1) sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolinfo.az yığmada debüt matçına çıxan futbolçunun müsahibəsini təqdim edir:


- Oyuna yaxşı hazırlaşmışdıq. Doğma divarlar arasında oynadığımız üçün bizi ancaq 3 xal qane edirdi. Şükürlər olsun ki, azarkeşlərimizi məyus etmədik və qalib gəldik.


- 5 qol vurmağınız gözlənilməz olmadı?

- Yaxşı komandamız və baş məşqçimiz var. Oyundan əvvəl də deyilmişdi ki, fürsətlərdən maksimum yararlanmaq lazımdı. Futbolçular bu matçda əllərindən gələni etdilər.


- Debüt matçın necə keçdi?

- Ciddi həyəcan yox idi. Adi oyun kimi yanaşırdım. Buna kənardan qiymət vermək daha düzgün olardı.


- Ötürmə verdiyin epizod avtoqolla nəticələndi...

- Qələbədə pay sahibi olmaq əla hissdi. Ancaq sizə onu deyim ki, əsas komandamızın uğurudu. Mənim və ya başqasının qol vurmasının ciddi əhəmiyyəti yoxdu.