vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
BÖHRAN  
14:21 | 5 sentyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 2006 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Aunq San Suu Kyi «işə qarışmalıdır»»

Qaçqın axının qarşısını almaq mümkün deyil

MÖVZU İLƏ ƏLAQƏLİ

BMT-nin Myanmarda insan haqları üzrə xüsusi məruzəçisi, ölkənin de-fakto lideri olan Aunq San Suu Kyini, Rohinca müsəlman azlığını müdafiə etmədiyinə görə tənqid edib.

Yanği Li (Yanghee Lee) deyib ki, Raxində vəziyyət «həqiqətən ağırdır» və xanm Suu Kyinin «işə qarışmaq» vaxtıdır.

Onun şərhi, BMT məlumatlarına əsasən, Banqladeşə pənah gətirmiş Rohinca müsəlman qaçqınlarının sayının 87 minə çatdığı dövrə təsadüf edib.

Bu rəqəm, 2016-cı ilin oktyabrında Raxin vilayətində baş verən hadisələrdən sonra qaçanların sayından daha çoxdur.

Hər iki halda müsəlmanların qaçışı Rohinca silahlılarının polisə hücumundan sonra baş verib.

Həmin hücumlardan sonra isə Myanmar hərbiyyəsi rohincalara qarşı əməliyyatlar keçirib.

Rohinca, öz dövlətinə malik olmayan və Myanmarda sıxışdırılan müsəlman azlığıdır.

Myanmardan qaçan rohincalar bildirir ki, Raxin vilayətində qoşun qüvvələri və buddist güruhçular onların kəndlərini yandırır, mülki əhaliyə hücum edir.

Peykdən çəkilən fotoşəkillərdə vilayətin şimal hissəsində çoxlu sayda yanğın ocaqları görünür.

«Human Rights Watch» təşkilatı şəkil yayaraq bildirib ki, həmin şəkildə Rohinca kəndlərindən birində 700-dən çox evin yerlə yeksan oldunduğu əks olunub.

Myanmar hərbiyyəsi isə Rohinca silahlılarına qarşı əməliyyat keçirdiyini bildirib.

Qadağalar səbəbindən müstəqil mənbələrdən hadisə yerində vəziyyətin necə olduğunu yoxlamaq olduqca çətindir.

Su Kyi demokratyönlü fəaliyyətinə görə illər ərzində ev dustaqlığı şəraitində yaşayıb.

Hazırda o, Myanmar prezidenti deyil, lakin çoxları onu Myanmar hökumətinin başçısı sayır.

O, Myanmar hərbiyyəsinə təsir edə bilmədiyinə görə tənqid olunub.

Xanım Li deyib ki, Suu Kyi çətin vəziyyətdədir, lakin bunu da əlavə edib ki, indi onun "həmin vəziyyətdən çıxmaq vaxtı çatıb".


Region dövlətlərinin reaksiyası


Cənub-Şərqi Asiyada müsəlman ölkələri rohincaların taleyindən narahatlıq bildirib, xəbərlərə görə, bəzi yerlərdə kiçik etiraz aksiyaları keçirilib.

Bazar günü İndoneziya paytaxtı Cakartada Myanmar səfirliyinə Molotov kokteyli atılıb, səfirlik qarşısında etiraz aksiyaları keçirilib.

Bazar ertəsi İndoneziya Xarici İşlər naziri Retno Marsudi Myanmar hərbi rəhbəri ilə görüşüb və ondan münaqişənin çözülməsinə səy göstərilməsini xahiş edib.

Xanım Retno eləcə də Aunq Suu Kyi ilə də görüşməyi planlaşdırır.

On minlərlə Rohinca qaçqınlarının yaşadığı Malayziyada Baş nazir Nəcib Razak rohincaların düşdüyü "dəhşətli vəziyyəti" pisləyib.

Maldiv adaları dövləti Myanmar ilə bütün iqtisadi əlaqələri, rohincaların insan haqları bərpa olunana qədər, kəsib.

Mərkəzi Asiyada Qazaxıstan Myanmar ilə beynəlxalq futbol matçını təxirə salıb. Buna səbəb, güman edildiyinə görə, sosial mediada istifadəçilərin Myanmar komandası əleyhinə etiraz aksiyası keçirmək planları olub.


Banqladeş sərhədində vəziyyət


Avqustun 25-də Myanmarda ordunun rohincalara hücumu başladıqdan bəri, Rohinca ailələri şimal istiqamətinə doğru, sərhədə tərəf üz tutublar.

Sərhəddən axan Naf çayını keçməyə çalışarkən onlarla adamın öldüyü xəbər verilir.

Banqladeş sərhədçiləri qaçqınlara ölkəyə daxil olmağa imkan verib.

Lakin hökumət qaçqınları dayandırmaq tərəfdarıdır, BBC müxbiri sərhəddən xəbər verir.

Sərhədçilərdən biri AFP agentliyinə bildirib ki, son zamanlar qaçqınların sayı artmaqdadır.

«Belə davam etsə, ciddi problemlə üzləşəcəyik. Lakin bu axının qarşısını almaq mümkün deyil, insanlar hər tərəfdən gəlir», - sərhədçi deyib.

Banqladeş sərhədinə gələn Vivian Tan, BMT-nin qaçqınlar üzrə bölümü olan UNHCR-in rəsmisi, deyib ki, «qaçqın düşərgələrinə gələn insanlar çox acınacaqlı vəziyyətdədir».

«Bu insanlar, evlərindən çıxandan aclıq çəkir. Qadın və uşaqlar, o cümlədən yeni doğulmuş körpələr də, fiziki cəhətdən tükənmiş vəziyyətdədir. Onların sayı artmaqdadır və bu narahatlıq doğurur», - UNCHR rəsmisi deyib.