vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
TOP OYUNLARI  
15:38 | 5 sentyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 2269 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

... Üz qızardan «Bakcell Arena»

Havaya sovrulan yarım milyon və ya ...

FƏRİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan – San Marino oyununun keçirildiyi «Bakcell Arena» yenə utandırdı. AFFA, bu qurumun balansındakı meydanları etibar etdiyi «AgroSport Azerbaijan» sübut etdi ki, «çiçəklənən Azərbaycan» deyimi ancaq AzTV-də deyilən sözdü. Çünki bu şirkət hətta qazonu da yaşıl saxlaya bilmir.

Millinin matçı bir neçə həftə öncə bu arenaya salındı. Öncə matçın Bakı Olimpiya Stadionunda təşkili nəzərdə tutulmuşdu. Burada qazonun vəziyyətinin düzəlməyəcəyi anlaşılınca, matç 8-ci kilometrə köçürüldü. Halbuki həmin vaxt «Neftçi»nin ev oyunlarını keçirdiyi arenanın da bərbad vəziyyətdə olduğu aydın idi. Əvəzində son illərdə ilk dəfə TofiqBəhramov adına Respublika stadionunun durumu ideal idi. Amma AFFA ölkənin ən yaxşı arenasını deyil, «Bakcell Arena»nı seçdi.

Səbəb aydındı: bizimkilərə yaxşı meydan lazım deyil, Avropaya yayımlanan bir matçda ölkəni gözdən salmaq daha məsləhətdi. Təki pul özlərinə qalsın. Axı, stadionun istifadəsi üçün xərclənən pulu Respublika stadionuna köçürsəydilər, özlərinə pay çatmayacaqdı. «Bakcell Arena» isə AFFA-nın balansındadı və burada maliyyə bir cibdən obirisinə gedir.

Bu rəzaləti San Marino üzərində 5:1 hesablı qələbə örtsə də, ümid edirik, bundan narahat olanlar da var. Elə həmin adamlar üçün xatırladaq ki, 3-4 aydan bir qazonu məhv olan bu stadiona il ərzində 500 min manata yaxın pul xərclənir. 2015-ci ilin hesabatında qeyd olunmuşdu ki, AFFA «Bakcell Arena»ya 471 min manat vəsait ayırıb. 2016-da bu məbləğ 181 minə düşdü, ancaq işçilərin əmək haqqlarına və kommunal xidmətlərə görə qalan 290 min manatı «Neftçi» ödəyir.

Deməli, yenə də yalnız qazonun saxlanılmasına görə aya 15 min manat xərclənir. Əcəba, niyə? İşçinin maaşı, kommunal xidmətlərə görə gedən haqq «Neftçi» tərəfindən ödənilirsə, «AgroSport Azerbaijan»a belə məbləğ niyə verilsin ki? AFFA-nın baş katibi Elxan Məmmədovun şirkəti olmağa görəmi dövlətin pulu dağıdılır?

Ortada iş, nəticə olsa, yenə də buna göz yummaq olar. Axı, bu arenaya görə hər yay, hər qış utanırıq…