vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
15:44 | 5 sentyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 2085 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Tramp nişanlım deyil ki...»

Putin: «Hesab edirəm ki, dil tapacağıq»

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampın fəaliyyətindən məyus olmadığını bildirib. Virtualaz.org Rusiya KİV-ə istinadən bildirir ki, bunu o, Çinin Syamen şəhərində keçirdiyi mətbuat konfransında deyib.

D.Trampa münasibəti barədə suala cavab verərkən V.Putin bildirib: «Məyusluqla bağlı onu deyə bilərəm ki, bu sual çox sadəlövh səslənir: nə o mənim nişanlım deyil, nə də mən onun nişanlısı deyiləm ki, məyus olum.

Biz dövlət fəaliyyəti ilə məşğul oluruq. Hər ölkənin öz maraqları var. Tramp fəaliyyətində öz ölkəsinin maraqlarını rəhbər tutur, mən — öz ölkəmin. Hesab edirəm ki, biz ikitərəfli problemlərin həllində hansısa güzəştləri tapmağı bacaracağıq».