vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 sentyabr 2017
ABŞ dolları 1 USD = 1.7007 AZN
Avro 1 EUR = 2.0421 AZN
Rusiya rublu 1 RUB = 0.0293 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2982 AZN
Türk lirəsi 1 TRY = 0.4878 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
15:49 | 5 sentyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 285 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Özü də bunu son anda etdilər»

Pravda qəzeti: «İrəvan Kiyevin yolu ilə gedirdi, ancaq onu dayandırdılar»

MÖVZU İLƏ ƏLAQƏLİ

Xəbər verildiyi kimi ötən həftə Ermənistan NATO-nun Gürcüstanda keçirilən «Agile Spirit -2017» («Çevik ruh 2017») çoxmillətli hərbi təlimlərində iştirakdan son anda imtina edib. Təlimlərin açılışında məlum olub ki, Ermənistan kontinenti təlimlərə qatılmır və rəsmi İrəvan bu haqda heç xəbərdarlıq etməyə də macal tapmayıb. Baxmayaraq ki, bundan cəmi bir neçə həftə əvvəl Ermənistan NATO-nun Gürcüstanda keçirilən «Noble Partner-2017» təlimlərində iştirak etmişdi.

Əvvəlcə Ermənistan Müdafiə Nazirliyi «Agile Spirit -2017» təlimlərində iştirakdan imtina ilə bağlı heç bir şərh verməyib. Lakin aradan bir gün keçmiş elə şərh və təkzib verib ki, vəziyyətdən bu cür biabırçı şəkildə çıxmağı ancaq Ermənistan rəhbərliyi bacara bilərdi. Həmin bəyanata əsasən Ermənistan Müdafiə Nazirliyi bu təlimlərdə iştirakını heç əvvəlcədən «planlaşdırmayıbmış».

«Ermənistan NATO-nun Gürcüstanda keçirilən «Agile Spirit 2017» təlimlərində iştirak etmək üçün ərizə verməmişdi. Müdafiə Nazirliyinin, Baş qərargahın, silahlı qüvvələrin nümayəndələri periodik olaraq xaricdə keçirilən onlarla çoxmillətli təlimlərdə, konfranslarda iştirak edir. Ermənistan silahlı qüvvələrinin bölmələrinin təlimlərdə iştirak formatı Müdafiə Nazirliyinin beynəlxalq qarşılıqlı əməkdaşlıq planlarından çıxış edərək müəyyən edilir. Nəzərə alanda ki, Gürcüstanda keçirilən təlimlər bu baxımdan prioritet təşkil etmir, bu təlimlərdə iştirak etməmək barədə əvvəlcədən qərar verilmişdi və müvafiq ərizə ilə müraciət edilməmişdi», - bəyanatda deyilir.

Lakin bu bəyanat dərhal erməni ekspert çevrələrində və sosial şəbəkələrdə istehza doğurub. Çünki təlimlərə ev sahibliyi edən ölənin Müdafiə Nazirliyi Ermənistanın təlimlərdə iştirak üçün hələ iyulun 12-də müraciət etdiyini, Ermənistan bayrağının açılış mərasimində qaldırıldığını, lakin İrəvanın son anda iştirakdan imtina etdiyini açıqlayıb. Nəticədə təşkilatçılar Ermənistan bayrağını təlimlərə qatılan Azərbaycanın bayrağı ilə əvəz ediblər.

Ermənistan müdafiə nazirinin müavini Artak Zaxaryanın şərhi də qəribə olub. «Biz adətən əvvəlcə bu və ya digər tədbirdə iştirakımızı planlaşdırır, lakin iştirak qərarını tədbirə az qalmış elan edirik», - Zaxaryan deyib.

Nazir müavininin sözlərinə görə, «İrəvan bu tədbirdə iştirakını heç vaxt təsdiq etməyib və buna görə də onun tədbirdən imtina etdiyini demək olmaz».

Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov isə təlimlərdə iştirakdan imtinanı Azərbaycanın iştirakı ilə əsaslandırmağa çalışıb. «Biz adətən elə beynəlxalq təlimlərdə iştirak edirik ki, Azərbaycan və Türkiyə orada iştirak etmir», - Şarmazanov deyib.

Lakin erməni politoloq Ruben Meqrabyan bu arqumenti gülünc sayır. Onun sözlərinə görə, Ermənistan bundan əvvəlki «Noble partner» təlimlərində iştirak edərək Moskvanı qəzəbləndirmişdi. Nəticədə Moskva bütün rıçaqlardan istifadə edərək İrəvanın NATO, ilk növbədə ABŞ-la hərbi əməkdaşlığı davam etdirməsinə imkan vermədi.

«Onlar sadəcə olaraq istənilən variantlardan istifadə edirlər, Rusiya açıq şantaja keçdi və Ermənistan rəhbərliyini məcbur etdi ki, geri addım atsın. Bax budur baş verənlər. Özü də bunu son anda etdilər», - Meqrabyan bildirib.

Ekspert deyib ki, Ermənistanın təlimlərdə Azərbaycanın iştirakına görə imtina etməsi versiyasını tam istisna edir. Çünki bundan əvvəl dəfələrlə Azərbaycan və Ermənistan beynəlxalq hərbi tədbirlərdə birgə iştirak ediblər.

«Əslində Azərbaycanın iştirakı barədə son ana qədər açıqlanmamışdı. İkincisi, Sergey Şoyqunun Rusiyada keçirilən tank biatlonudur, nədir, heç kimə lazım olmayan tamaşalarında Azərbaycan və Ermənistan sakitcə iştirak edir. Ona görə də mən bu amili istisna edirəm», - ekspert deyib.

Rusiyanın hakimiyyətyönümlü «Pravda.ru» saytı isə açıq yazır ki, Ermənistan Moskvanın xəbərdarlığından sonra NATO təlimlərində iştirakdan imtina edib. «İrəvan Kiyevin yolu ilə gedirdi, ancaq onu dayandırdılar», - qəzet belə yazır.

Məqalədə deyilir ki, Ermənistan KTMT-nin və Avrasiya İttifaqının üzvü olduğu halda bu yaxınlarda Avroatlantika məkanına inteqrasiya yolunu tutaraq NATO və Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirməyə başlamışdı. «Və burada Moskva belə görünür ki, Ukraynada yol verdiyi səhvləri təkrarlamaq istəmədi», - Rusiya nəşri bildirir.

Məqalədə deyilirdi ki, Ermənistanın NATO və Avropa İttifaqı ilə yaxınlaşması nəinki eyni vaxtda iki stulda oturmaq cəhdi idi, eyni zamanda bu Rusiyaya qarşı birbaşa satqınçılıq idi. «Belə olanda deyəsən ki, gedin NATO-dan xahiş edin sizin Azərbaycan və Türkiyə ilə problemlərinizi həll etsin», - pravda.ru bildirir.

Rusiya nəşri qeyd edir ki, ermənilərə ötən ilin aprelində Azərbaycanın Qarabağda hücumlarını Angela Merkelin yox, Vladimir Putinin dayandırdığını da xatırlatmaq lazımdır.

Qeyd edək ki, Ermənistanın NATO təlimlərdə iştirakdan qəfil imtina etməsi prezident Serj Sərkisyanın Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşündən sonraya təsadüf edib. Həmin görüşdə Ermənistanın NATO və Avropa İttifaqı ilə yaxınlaşmağa yönəlmiş səylərinin müzakirə olunduğu ehtimal edilir. Gözlənilir ki, Ermənistan noyabrda Aİ ilə əhatəli əməkdaşlıq razılaşması imzalayacaq.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *