vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
TOP OYUNLARI  
20:37 | 5 sentyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 2488 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ararat» «qurudu»

Erməni sahibkar hesabdan 20 milyon çırpışdırandan klubu bağladı

MÖVZU İLƏ ƏLAQƏLİ

Cəmi bir neçə ay bundan əvvəl Moskvada yaradılmış «Ararat» futbol klubu bağlanır. Virtualaz.org xəbər verir ki, bunu klubun baş məşqçisi Aleksandr Qriqoryan deyib.

Klub son oyununu sentyabrın 8-də «Ryazan» komandasına qarşı keçirəcək.

«Bizə elan olundu ki, «Ararat» bağlanır. Yəqin ki, «Ryazan»la oyun sonuncu olacaq. Mən səbəbləri oyundan sonra mətbuat konfransında açıqlaya bilərəm. Düşünürəm ki, klub bu cür mövcudluğunu dayandıra bilməz. Ələlxüsus «Ararat» adı altında. Mən istəmirəm ki, o, izahat verilmədən fəaliyyətini dayandırsın. Belə olmamalıdır!» – «Sport-Ekspress» nəşrinə müsahibəsində Qriqoryan bildirib.

Xatırladaq ki, klub bu il qurulub. Komandada Roman Pavlyuçenko, Aleksey Rebko, Marat İzmaylov, İqor Lebedenko kimi məşhur futbolçular oynayır. 7 turdan sonra «Ararat» Rusiya çempionatının ikinci divizionunda «Mərkəz» zonasının lideridir. Komanda Rusiya Kubokunun 1/16 final mərhələsinə yüksəlib.

Bu günlərdə xəbər yayılmışdı ki, klubun prezidenti Valeri Ohanesyan işdən çıxıb və «Ararat»ın hesabından 20 milyon rubl çıxarıb. Daha sonra Ohanesyan klubun yeganə sahibinin özü olmasını vurğulayaraq, bu xəbəri absurd adlandırmışdı.