vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
GÜNDƏM  
20:52 | 5 sentyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 2689 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Avropanın marağında deyil»

Çıxışında Qafqazdakı münaqişələrə toxunan Polşa prezidenti AB-dəki bürokratiyanı tənqid edib

Zaur RƏSULZADƏ, Polşa

MÖVZU İLƏ ƏLAQƏLİ

Postsovet məkanında münaqişələr müstəqillik və dövlətlərin ərazi bütövlüyü əsasında həll edilməlidir. Virtualaz.org bildirir ki, bunu Polşa prezidenti Anjey Duda Krınitsdakı iqtisadi forumda çıxış edərkən deyib. Anjey Duda bu münaqişələrin nizama salınması üçün Qərbi daha çox və daha qətiyyətlə hərəkət etməyə çağırıb.

«Biz bizim birliyimizi dağıtmağa icazə verməməliyik. Avropa öz inkişafının çox mürəkkəb yolunu keçib, buna görə bizə öz maraqlarımızı ciddi müdafiə etmək lazımdır. Ukraynada və Qafqazda münaqişələr, birmənalı olaraq Avropanın marağında deyil, buna görə biz bu problemlərin həllində aktiv iştirak etməyə məcburuq», - prezident deyib.

Polşa prezidenti Avropa Birliyindəki bürokratiyanı da tənqid edib və bildirib ki, ölkələrə bu və ya digər məsələni həll etmək üçün illər lazım olur.