vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
REGİON  
21:19 | 5 sentyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 2612 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dodonun rus damarı tutub

Moldova prezidenti hərbçilərinə Ukraynadakı təlimlərə qatılmağı qadağan etdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Moldova prezidenti İqor Dodon moldovalı hərbçilərə sentyabrın əvvəllərində Ukraynanın Lvov vilayətində keçiriləcək «Rapid Trident-2017» çoxmillətli hərbi təlimlərdə iştirak etməyi qadağan edib.

RİA «Novosti» xəbər verir ki, bu barədə respublika başçısının mətbuat katibi İon Çeban məlumat verib.

«Moldovalı hərbi qulluqçuların ölkədən kənarda hərbi təlimlərdə iştirakı bizim üçün qəbuledilməzdir», - prezident «Facebook» səhifəsində yazıb.

Qeyd edək ki, «Rapid Trident-2017» beynəlxalq təlimləri sentyabrın 7-dən 23-dək Lvov vilayətindəki poliqonda keçiriləcək. Təlimlərə 14 ölkədən 2500-dən çox hərbi qulluqçu qatılacaq.