vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 20 noyabr 2017
ABŞ dolları 1 USD = 1.7002 AZN
Avro 1 EUR = 2.0070 AZN
Rusiya rublu 1 RUB = 0.0285 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2488 AZN
Türk lirəsi 1 TRY = 0.4410 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
MEDİA-QHT  
10:39 | 6 sentyabr 2017 | Çərşənbə Məqaləyə 445 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İctimai rəyi məhz internet mediası formalaşdırır»

Əflatun Amaşovdan saytlara növbəti dəstək

Mirmahmud KAZIMOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

«Təxminən 10 il əvvəl internet medianın rolu və perspektivi barədə tam qənaətə gəlmək, yekun fikir bildirmək bəlkə də mümkünsüz idi. Ancaq indi qətiyyətlə söyləmək olar ki, dünyada ictimai rəy məhz internet üzərindən yayımlanan media resursları vasitəsilə formalaşır. Azərbaycanda da durum eynidir. Yəni ölkəmiz də təbii prosesdən, həm onun müsbət, həm də mənfi tərəflərindən uzaq deyil».

Bu sözləri Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov açıqlamasında deyib.

Mətbuat Şurasının sədri bildirib ki, internet medianın müsbət tərəfləri barədə yetərincə söhbət açılıb.

«İlk növbədə informasiyalı vətəndaş cəmiyyət quruculuğunu qeyd etmək mümkündür. Bəli, internet media daha ələçatımlıdır. Bu cəhət imkan verir ki, hər bir şəxsin orada yayımlanmış materiallara görə vətəndaş mövqeyi yaransın və güclənsin. Ancaq vətəndaş mövqeyi, baxışı düzgün formalaşırmı, yaxud formalaşa bilirmi? Məncə, əsas sual bundan ibarətdir və bu sual ətrafındakı müzakirələr istər-istəməz internet media ilə bağlı mənfi təmayülləri də aktuallaşdırmaqdadır. İnternet medianın müsbət tərəfləri barədə söz açdığımız kimi, mənfi cəhətləri ilə bağlı da fikirlərimizi bildiririk. Özü də daha çox. Elə indi də bu mənada bir çox məqamlardan söz aça bilərik. Mən sadəcə onlardan birini qeyd edəcəm - müstəqillik. Bəli, biz ilk növbədə çalışmalıyıq ki, internet media tam müstəqil olsun, ayrı-ayrı şəxslərin, bir-birinə qarşı çıxan qütblərin mübarizə vasitəsinə çevrilməsin, hansısa məqsədli xarici maliyyə mənbələrinə üz tutmasın. Bunun ən optimal yolu isə dövlət dəstəyidir».

Deputat deyib ki, jurnalist ictimaiyyəti internet medianın dövlət dəstəyindən faydalanmasının zəruriliyinə dair çoxsaylı müzakirələr aparıb və aparmaqdadır. 

«Mənim Milli Məclisin deputatı kimi parlamentdə də bununla əlaqədar çıxışlarım olub. Düşünürəm ki, məsələyə yenidən qayıtmağa ehtiyac var. Bir daha bildirirəm ki, internet medianın dövlət dəstəyindən faydalanması yalnız onlara maliyyə vəsaitinin ayrılması demək deyil. Bu, eyni zamanda internet medianın cəmiyyətimiz üçün prioritet olan istiqamətlərə yönləndirilməsidir. Cəmiyyətin düzgün formalaşması təbii ki dövlətimizin də maraqlarından irəli gələn prosesdir».


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *