vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
REGİON  
10:17 | 6 sentyabr 2017 | Çərşənbə Məqaləyə 1746 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Rusiyanın alternativi yoxdur»

Ermənistanın vitse-spikeri: «İrəvan öz seçimini çoxdan edib»

MÖVZU İLƏ ƏLAQƏLİ

Gürcüstanda «Agile Spirit 2017» çoxmillətli təlimlərinin rəsmi açılış mərasimində erməni hərbi qulluqçularının yoxluğu bir stəkan su ətrafında yersiz yaradılmış tufandır. Bunu «Sputnik Ermənistan» radiosunun efirində Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov deyib.

«Ermənistan dəfələrlə bildirib ki, KTMT-nin alternativi yoxdur. Hətta Ermənistanın silahlı qüvvələri rəsmən təsdiq etmirdilər ki, erməni tərəfi Gürcüstanda NATO-nun sülh təlimlərində iştirak edəcək», - deyə Şarmazanov vurğulayıb.

Onun sözlərinə görə, Ermənistan əsasən NATO-nun o təlimlərində iştirak edir ki, orada Azərbaycanın və Türkiyənin nümayəndələri olmur.

«Təhlükəsizlik planı baxımından Ermənistan öz seçimini çoxdan edib - bu KTMT-dir. Və heç vaxt - nə birinci, nə ikinci, nə də respublikanın indiki prezidentinin vaxtında və ümumiyyətlə 2022-ci ilə qədər, nə qədər ki, Respublika partiyası Ermənistanda hakimiyyətdədir, onun NATO-ya daxil olması məsələsi gündəmdə olmayıb», - deyə o bildirib.

Vitse-spiker vurğulayıb ki, İrəvan üçün Ermənistanın və erməni xalqının təhlükəsizliyi prioritet məsələdir və təhlükəsizliyin bu strukturunda əsas rolu KTMT oynayır.

Xatırladaq ki, son aylar Ermənistanın NATO ilə hərbi-siyasi əməkdaşlığının kəskin aktivləşməsi müşahidə edilirdi. Və Şimali Atlantik blokunun müxtəlif hərbi təlimlərində erməni hərbi qulluqçularının iştirakı, virtualaz.org-un dəfələrlə yazdığı kimi, Kremldə açıq qıcıq doğururdu. Rusiya hakimiyyəti Ermənistan silahlı qüvvələrinin Şimali Atlantik blokunun bütün son təlimlərində aktiv iştirakına qəzəblə baxırdı. Moskva hətta açıq şəkildə Sərkisyan hökumətinin riyakarlığına və xarici siyasətdə ardıcıl olmamasına işarə etməyə başlamışdı. Xüsusilə də Ermənistan silahlı qüvvələrinin Gürcüstandakı böyük hərbi-qərargah təlimlərinə cəlb edilməsini və təlim vaxtı NATO tanklarının Rusiya və gürcü qoşunlarının təmas xəttinə çox sıx yaxınlaşdığını nəzərə alaraq.

Onu da qeyd edək ki, NATO ilə Ermənistan Müdafiə Nazirliyinin əməkdaşlığının aktivləşməsindən dərhal sonra Rusiya prezidenti Vladimir Putinin Ermənistan prezidenti Serj Sərkisyanla üzbəüz, planlaşdırılmamış görüşü oldu. Və Ermənistana, yumşaq desək, hərbi-siyasi ittifaq - Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı qarşısındakı öhdəliklərini xatırlatdılar.