vaxtlı-vaxtında oxuyun! Bazar, 19 noyabr 2017
ABŞ dolları 1 USD = 1.7002 AZN
Avro 1 EUR = 2.0070 AZN
Rusiya rublu 1 RUB = 0.0285 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2488 AZN
Türk lirəsi 1 TRY = 0.4410 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
AKTUAL  
11:22 | 6 sentyabr 2017 | Çərşənbə Məqaləyə 401 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Meşə yanğınlarında Rusiya izi

Dronlara yandırıcı qumbara bağlayıb meşələrə atırlar?

MÖVZU İLƏ ƏLAQƏLİ

Gürcüstanda meşə yanğınları ara vermir. Yanğınsöndürənlər ölkənin qərbindəki alovu söndürməyə təzəcə imkan tapmışdılar ki, bu dəfə alovlar şərqdən yüksəlib. Hazırda Gürcüstanda dörd yanğın ocağı qalır. İndiyə qədər yanğınlarda yüzlərlə hektar meşə məhv olub. virtualaz.org xəbər verir ki, yanğınların bu cür dalbadal baş verməsi və coğrafiyası Gürcüstanda bu yanğınların Rusiya tərəfindən törədildiyinə dair şübhələri artırıb. Bu haqda «Nezavisimaya qazeta» yazır.

Ötən gün alovlar hətta Tiflisə çatıb. Paytaxtın tarixi kvartallarından birində yerləşən xiyaban alovlanıb, alovun yaxınlıqdakı evlərə keçməsi təhlükəsi yaranıb. Sakinlər evlərini tərk etməyə hazırlaşıblar. Ancaq yanğınsöndürənlər vertolyotun köməyi ilə alovu söndürə biliblər.

Acariya, Kaxetiya və yüksək dağlıq Tuşeti bölgəsində isə meşələr yanmaqda davam edir. Həmin yanğın ocaqlarına texnikanın yaxınlaşması üçün yol yoxdur. Yanğınsöndürənlər alovla piyada və əllə mübarizə aparmağa çalışırlar.

Tiflis meri postuna namizəd, energetika naziri və vitse-premyer Kaxa Kaladze jurnalistlərlə söhbətində deyib ki, yanğınların bu cür tez-tez baş verməsi diversiya barədə ehtimalları gücləndirir. Lakin keçmiş futbolçu dərhal əlavə edib ki, bu barədə dəlillər yoxdur. Bundan əvvəl daxili işlər naziri Georgi Mqrebrişvili də diversiya ehtimalından bəhs etmişdi.

Gürcüstanın hərbi tematika üzrə ixtisaslaşmış nüfuzlu «Arsenali» jurnalının baş redaktoru İrakli Aladaşvili isə «Kviris Palitra» qəzetində dərc edilmiş məqaləsində meşələrin dronlarla yandırıldığını ehtimal edir. Ekspert qeyd edir ki, gecə vaxtı o qədər də böyük olmayan dronları görmək mümkün deyil. Xüsusən də miniatür kvadrakopterləri. «Əsas məsələ bu dronlarda yandırıcı qurğunu lazım olan yerə atmaq üçün cihaz quraşdırmaqdır ki, bu da elə çətin iş deyil. Meşələrə diversiya xarakterli bomba atmaq üçün isə elə də yüksək dəqiqlik tələb olunmur. Kiçik dronları radilokasiya sistemləri ilə aşkar etmək də müşkül məsələdir. Rusiya dronları gecə saatlarında Sxinvali regionundan Borjomi dərəsəsinə tərəf uça və termit qumbaraları meşələrə ata bilər. Belə qumbaraların korpusu daha sonra alovda tamamilə yanıb gedir, izi qalmır. Çünki kompozit materialdan hazırlanıb və nəticədə əşyayi-dəlil aşka etmək mümkün deyil», - ekspert yazır.

Xatırladaq ki, bu ilin mayında Ukraynanın Xarkovda yerləşən ən iri silah-sursat anbarında da güclü yanğın baş verib. Nəticədə Ukrayna ordusunun sursat ehtiyatının xeyli hissəsi məhv olub. Ukrayna Təhlükəsizlik Xidməti bu hadisənin diversiya olduğunu açıqlayıb və bildirib ki, silah anbarında yanğından az əvvəl yaxınlıqda yaşayanlar dron səsi eşidiblər. Bu günlərdə Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Rusiya FTX-nin direktoruna müraciət edərək diversiya əməliyyatlarına son qoymağa çağırmışdı.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *