vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
TOP OYUNLARI  
12:04 | 6 sentyabr 2017 | Çərşənbə Məqaləyə 2211 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dağıdılan futbolumuzun real üzü

İrlandiya ilə oyun vəziyyətin biabırçı olduğunu açıq-aşkar göstərdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Yaşar Vahabzadənin rəhbərlik etdiyi U-21 millisi AVRO–2019-un seçmə mərhələsində növbəti məğlubiyyətini aldı. İsraildən sonra İrlandiya da yığmaya 3 qol vurdu. Buraxılan 6 topun müqabilində millinin oyunçuları hər oyunda 1 dəfə «çərçivə»ni dəqiq nişan ala biliblər.

İlk matçda hətta rəqibin azlıqda iki qol vurmasını da olmamış sayıb, qeydə alınan 1:3-ü «cəhənnəm, səfər oyunudu» məntiqiylə ötüşdürmək olardı bəlkə də. Ancaq dünənki oyun millinin, həqiqətən də biabırçı vəziyyətdə olduğunu açıq-aşkar göstərdi.

Nə İsrailə, nə də İrlandiyaya qaşı matçlarda məşqçi işi, düşünülmüş hər hansı oyun elementləri, taktiki gedişlər, düzgün futbolçu seçimi, oyunun gedişinə müdaxilələr və ən əsası futbol gördük. Yalnız bəzi oyunçuların fərdi bacarıqları hesabına nəyəsə cəhd etdiklərini müşahidə etmək olurdu, ancaq bu da digər bəzilərinin baş məşqçinin təbiriylə desək, hətta uşaqların belə etməyəcəyi səhvlərinin fonunda heçə enirdi.

Tsikldə ilk iki oyun milli üçün mərhələnin başlaması ilə bitməsinin təqribən eyni olduğunu göstərdi. Bundan sonra yaxşı nəyəsə inanmaq üçün ya fövqəloptimist olmalısan, ya da bir fövqəlistedad tapılıb vəziyyəti kökündən dəyişməlidi.

Bərbad oyun və bərbad nəticələr, həm də yenidən lazımsız mililəşdirmə problemini gündəmə gətirdi. Əslində, az qala hər ay millilərin yeni bir legionerə qucaq açdığı dövrdə bunun gündəmdən düşdüyünü demək də olmur. Sadəcə belə məqamlarda götürülən strategiyanın  necə yanlış olduğu əyani şəkildə üzə çıxır.

Hər iki oyunda Mustafa Özhitay, Serkan Baloğlu, Onur Albayrak, Ozancan Kökçü, Sertan Taşkın, Alen Askerov kimi adlar millinin heyətində göz deşirdi. Azərbaycanla heç bir əlaqəsi olmayan bu futbolçular yalnız həvəskar səviyyədə oyun və faciəvi səhvləriylə «diqqət çəkdilər». Məsələnin ironik tərəfi isə milliləşdirilən türklərin biabırçı çıxışı fonunda millinin qollarını məlum səbəblərə görə hazırda mövcud olmayan «Xəzər Lənkəran» və «Bakı»nın ölkə futboluna qazandırdığı futbolçuların vurmasında oldu (O başqa məsələ ki, Mədətov meydanda U-21 millisi, Yaşar Vahabzadə ona borcluymuş kimi hərəkət edir).

İrlandiya ilə oyundan sonra Yaşar Vahabzadə legionerləri məcburiyyətdən gətirdiklərini deyib, bu yaşda yerli futbolçuların azlığından şikayətlənib. Bəs onda Premyer Liqada yaş limiti nə üçündü? U – 21-ə oyunçu hazırlanmırsa, belə bir limit tətbiq edib, klubları çətin vəziyyətdə qoymağın adı nədi? Premyer Liqada iştirak üçün lisenziya verəndə AFFA klubların qarşısında aşağı yaş komandalarının olması şərtini qoyur, niyə bu effekt vermir? Çoxlu açıq suallar...

Yaşar bəy onu da deyib ki, bu yaşda oyunçuların çoxu əvəzedicilərin yarışında oynayırlar, onun da səviyyəsi bəllidir. Baş məşqçi inanmaq istəmirik bilməsin ki, çağırılan legionerlər məxsus olduqları klubların əvəzedici bir yana, bəzən heç aşağı yaş komandalarında meydana çıxmırlar.

Görünən odu ki, hər dəfə əsas məqsədin AÇ – 2020 olduğunu deyən ölkə futbolunun idarəçiləri növbəti bir nəsli məhv etmək üzrədirlər. Bu gün U – 21-də yer alanlar məntiqlə həmin çempionat ərəfəsində/zamanı millidə əsas simalar olmalıdılar. Ancaq həvəskar səviyyədən yuxarı görünməyən bu futbolçular heç bir il sonraya ümid vermirlər. Effektsiz olan legionerləşmənin nəticəsində isə azsaylı bacarıqlı yerli oyunçular da məhv olub gedirlər.

Bir müddət əvvəl «Qarabağ» Çempionlar Liqasının qrup mərhələsinə yüksələndə AFFA prezidenti Rövnəq Abdullayev açıqlama verib demişdi ki, bu, yazılmaqda olan böyük tarixin ilk sətirləridir. Analogiya ilə U – 21-in mövcud vəziyyəti niyə də dağıdılan olan ölkə futbolunun real üzü adlanmasın? Çünki son oyunlar dağıdılan ölkə futbolunda real mənzərəni açıq-aşkar ortaya qoydu. (futbolpress.az)