vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
MEDİA-QHT  
14:19 | 6 sentyabr 2017 | Çərşənbə Məqaləyə 3134 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Təəssüf və hiddət doğurur»

MŞ «Washington Post»a cavab verdi: «Azərbaycana qarşı kampaniya söz və ifadə azadlığından sui-istifadədir»

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Mətbuat Şurası (MŞ) «Washington Post» qəzetində «Azərbaycanda bəzi jurnalistlər pulsuz mənzil alır, bəziləri həbsxana kamerası» mövzusunda dərc olunan məqaləni qərəz hesab edir.

Mətbuat Şurasının bəyanatında deyilir ki, «Washington Post»da yer almış yazılar Azərbaycana qarşı çirkin kampaniyadır, söz və ifadə azadlığından sui-istifadədir.

«Bu cür cəhdlər Azərbaycan cəmiyyətində, o cümlədən media ictimaiyyətində təəssüf və hiddət doğurur».

Bəyanatda qəzetdə Azərbaycanda jurnalistlərə prezident tərəfindən mənzillər verilməsinin ələ alma kimi qiymətləndirilməsinə etiraz edilir.

«Təəssüfləndirici haldır ki, «Washington Post» Azərbaycan dövlətinin öz vətəndaşı olan jurnalistlərə yönələn bu sosial siyasətinə, humanist dəst-xəttinə fərqli don geydirməyə çalışır, məsələni təmənnalı münasibət müstəvisinə daşıyır. Azərbaycan dövləti «Washington Post»un iddia etdiyinin əksinə olaraq heç vaxt jurnalistikanı hansısa təmənna ilə ələ almaq niyyətində olmayıb. Azərbaycan jurnalistləri də heç zaman düşünməyiblər ki, dövlətin onlarla bağlı siyasəti yaradıcılıqlarını məhdudlaşdıra, özünüsenzura meyli yarada bilər. Onlar bu gün də tam azad və sərbəst şəkildə fikirlərini ifadə edir, ən sərt tənqidi, düşündürücü materiallarla oxucularının görüşünə gəlirlər».

Mətbuat Şurası bildirir ki, «Washington Post» jurnalistlərin mənzillə təminatı məsələsini qabardarkən «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsi üzərində dayanır.

«Nəzərə alınmalıdır ki, dünyanın qabaqcıl ölkələrində olduğu kimi, Azərbaycanda da vergidən yayınma hallarına ciddi yanaşılır. Belə olan halda bəzi Qərb dairələrinin buna ölkəmizin timsalında əhəmiyyətsiz münasibət bəsləmələri də dərin təəssüf hissi doğurur. Onların Mehman Əliyevlə bağlı məsələnin tam şəkildə araşdırılmasını gözləmədən söz və ifadə azadlığı motivlərini qabartmaları da şübhəsiz ki, siyasi məqsədlərdən qaynaqlanmış açıq qərəz nümayişidir».

Bəyanatda vurğulanır ki, Azərbaycan dövləti medianın rolunu yüksək qiymətləndirib.

«Dövlət başçısı çıxışlarında jurnalistləri daim fəal olmağa, cəmiyyət həyatının ən müxtəlif tərəflərini işıqlandırmağa, nöqsanları diqqətə çatdırmağa, məmurları tənqid etməyə çağırıb. Ölkə prezidenti hər zaman jurnalistikanın cəmiyyətdəki missiyasına həssas yanaşıb. Bu həssaslıq media ilə bağlı dövlət siyasətinin uğur formuludur».