vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 22 noyabr 2017
ABŞ dolları 1 USD = 1.7002 AZN
Avro 1 EUR = 1.9959 AZN
Rusiya rublu 1 RUB = 0.0287 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2523 AZN
Türk lirəsi 1 TRY = 0.4327 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
16:51 | 6 sentyabr 2017 | Çərşənbə Məqaləyə 340 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Türkiyənin «Avropa nağılı» sona çatır

Brüssel və Ankara yollarını tam ayırır

Vüqar İSMAYILOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Almaniya və Türkiyə nümayəndələri eyni gündə bəyanat verərək, Türkiyənin Avropa Birliyinə qəbul olunmasının indiki şəraitdə məqbul olmadığını deyib.

Ötən ay prezident Ərdoğan çıxış edərək, ölkəsinin Avropa Birliyinə daxil olmaqda maraqlı olmadığını açıqlamışdı. Türkiyə rəsmən Avropa Birliyinə üzvlüyə namizəd olsa da, məsələnin qapandığını deyə bilərik.

Fransa hökumətinin rəsmi nümayəndəsi Kristof Kastener Türkiyə ilə Avropa Birliyi arasında danışıqların qeyri-müəyyən müddətə dondurulduğunu bildirib.

«Türkiyədəki real vəziyyət bu ölkənin Avropa Birliyinə üzv qəbul olunmasını, inteqrasiya prosesinin güclənməsini və s. nəzərdən keçirməyə imkan vermir».

Kastener Brüsselin Ankara ilə bu illər ərzində apardığı danışıqları vaxt itkisi adlandırıb.

Həmin gün Almaniya kansleri Angela Merkel Bundestaqda çıxışı zamanı Türkiyə ilə danışıqların tam dayandırılması ilə bağlı müzakirələrin başlanacağını demişdi. Türkiyənin hüquqi dövlət anlayışından uzaq düşdüyünü deyən Merkel Ankaradakı ab-havanı narahatedici adlandırmışdı.

Almaniya və Türkiyə arasında münasibətlər son 2 ayda sürətlə pisləşirdi. Hətta avqustda Ərdoğan Almaniyanın əsas partiyalarını – Sosial-Demokrat, Yaşıllar və Merkelin Xristian-Demokrat İttifaqı partiyalarını «Türkiyənin düşməni» elan etmişdi və türk icmasını onlara səs verməyəyə çağırmışdı.

Buna cavab olaraq almaniyalı deputatlar Ərdoğanın ailə üzvlərinin xarici bank hesablarını dondurmağı, türk nazirlərinə qarşı viza sanksiyaları tətbiq etməyi məsləhət bilmişdilər.

Münasibətlərin kəskin pisləşməsi 2016-ci ilin 15 iyulunda dövlət çevrilişinə cəhddən sonra baş vermişdi. Rəsmi Ankara hadisələrin arxasında ABŞ-da yaşayan din xadimi Fətulla Güləni ittiham etmişdi. Çevrilişə cəhddən sonra 50 min insanın həbsi 140 mindən artıq dövlət işçisinin vəzifəsindən kənarlaşdırılması və s. addımlar Brüsselin etirazına səbəb olmuşdu.

Amma Fransa və Almaniyanın Türkiyəyə qarşı prinsipial «yox» mövqeyi bundan əvvəl də özünü büruzə verirdi. Belə ki, hələ 2007-ci ildə Fransa prezidentliyinə namizəd Nikola Sarkozi «Avropa Birliyi sərhədsiz deyil və Türkiyənin Birlikdə yeri yoxdur: İttifaqın sürətlə genişlənməsi Avropa siyasi çöküşü deməkdir».

Avropadakı elektorat Türkiyənin Birliyə qəbul olmasını 80 milyonluq müsəlman ölkəsinin Brüsseldə güc mərkəzlərini dəyişəcəyi fikrindədir. Bu üzvlüyün reallaşmasını istəyən avropalılar isə Ankaranın üzvlüyü sayəsində Avropa Birliyinin geostrateji mövqeyinin möhkəmlənəcəyini, Şərqi Aralıq dənizi və Qara dənizdə sabitliyə xidmət edəcəyini deyir.

Türkiyə əhalisinin də Avropa Birliyinə münasibəti 2015-ci ildən sonra dəyişib. Türkiyə vətəndaşları Brüsselin niyyətlərinin təmiz olmadığı fikrindədir.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *