vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
BÖHRAN  
16:54 | 6 sentyabr 2017 | Çərşənbə Məqaləyə 1253 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Onlar ot yeyərlər, nüvə silahından əl çəkməzlər»

Rusiya XİN: «Şimali Koreyaya qarşı dağıdıcı sanksiyaları dəstəkləməyəcəyik»

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyada keçirilən «Valday» forumu çərçivəsində bu ölkənin xarici işlər nazirinin müavini İqor Morqulov bildirib ki, Moskva Şimali Koreyaya qarşı dövlətin tənəzzülünə gətirib çıxara biləcək sanksiyaları dəstəkləməyəcək.

Virtualaz.org xəbər verir ki, diplomat qeyd edib: «Anlamaq lazımdır ki, Şimali Koreya yalnız son növbədə özünün nüvə proqramından əl çəkəcək».

«Dünən prezident Putinin mətbuat konfransında söylədiyi kimi, onlar ot yeyərlər, nüvə silahından əl çəkməzlər. Buna görə də, biz KXDR-ə növbəti sanksiya təzyiqinin məqsədlərini dəqiq anlamalıyıq. Əgər məqsədiniz bu ölkəni boğmaq, onu kollaps vəziyyətinə salmaqdırsa, Rusiya bunda iştirak etməyəcək», - Morqulov vurğulayıb.