vaxtlı-vaxtında oxuyun! Bazar, 24 sentyabr 2017
ABŞ dolları 1 USD = 1.7008 AZN
Avro 1 EUR = 2.0342 AZN
Rusiya rublu 1 RUB = 0.0294 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.3097 AZN
Türk lirəsi 1 TRY = 0.4864 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
ELM-TƏHSİL, DİN  
17:47 | 6 sentyabr 2017 | Çərşənbə Məqaləyə 260 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Həssaslıq mühüm şərtdir

Jurnalistlərin mənzillə təminatı ilə Mehman Əliyevin həbsi arasında paralellər etikadan uzaqdır

MÖVZU İLƏ ƏLAQƏLİ

«Washington Post» kimi nüfuzlu nəşrin Azərbaycanla bağlı tutduğu mövqe təəssüf doğurur. Hər şeydən öncə söhbət jurnalistikadan gedir. Jurnalist peşəkar olmalıdır. Peşəkarlıq isə qərəzsizliyə söykənir. Həssaslıq da mühüm şərtdir. Bu mənada «Washington Post»un təqdimatı tam yarıtmaz xarakter daşıyır. Mövcud dəst-xətt heç şübhəsiz siyasi amillərlə bağlıdır. Zaman-zaman belə halların az şahidi olmamışıq. Bu gün də eyni kampaniya aparılmaqdadır. Məqsəd bəllidir - Azərbaycanın beynəlxalq imicini ləkələmək, onun dövlət başçısının nüfuzuna zərbə vurmaq. Hesab edirəm ki, ölkə ictimaiyyətində bu cür uğursuz cəhdlərə münasibətdə tutarlı immunitet formalaşıb. İnsanlarımız reallıqları görürlər və düzgün qiymət verməyi bacarırlar.

«Washington Post»un jurnalistlərin dövlət tərəfindən mənzillə təmin edilimələrinə toxunması, məsələ ilə «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsi arasında paralellər aparması tam etikadan uzaqdır. Bir qədər öncə jurnalistin həssas olmasının vacibliyini təsadüfən vurğulamadım. Düşünürəm ki, «Washington Post» məhz bu məqama həssas yanaşmalıydı. Ona görə ki, burada ittiham edilən tərəf həm də Azərbaycan jurnalistləridir. Dövlət ümumilikdə 411 jurnalisti mənzillə təmin edib. «Washington Post»un nəzərində 411 jurnalist mənzili rüşvət kimi qəbul edib. Yanaşma tam absurd və ziddiyyətlidir.

Dövlətin jurnalistikaya təmənnalı münasibət bəsləməsinə hətta nəzəri cəhətdən belə ehtiyac yoxdur və olmayıb da. Müstəqillik dövründən bu yana həyata keçirilən islahatlarda, görülən işlərdə media amili əsas götürülüb. Yəni Azərbaycan dövləti öz işini məhz medianın dəstəyindən yararlanmaqla həyata keçirib.

İkinci bir tərəfdən isə dövlətin ev verdiyi jurnalistlər Azərbaycan mediasının palitrasını təşkil edir. Bölgüdə müxalifətyönlü və iqtidaryönlü mediaya heç bir fərq qoyulmayıb. İndi də həmin jurnalistlər tam sərbəst və azad şəkildə fəaliyyət göstərirlər. Onlar heç bir halda düşünməyib və düşünə də bilməzlər ki, dövlət ev verirsə, nələrisə yazmamalı və deməməlidirlər. Əksinə jurnalistlər indi daha çox tənqid yazır və hesab edirlər ki, tənqid və nöqsanların diqqətə çatdırılması cəmiyyətin inkişafı, dövlətin tərəqqisi üçün son dərəcə vacibdir. Bu mənada «Washington Post» Azərbaycan reallıqlarına tam əhəmiyyətsiz yanaşır.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *