vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
AVROPA  
22:05 | 6 sentyabr 2017 | Çərşənbə Məqaləyə 2321 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Müdafiə Nazirliyi prezidenti saymadı

Moldova hərbçiləri Dodonun qadağasına məhəl qoymadı, Ukraynadakı təlimlərə qatılmaq qərarı verdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Moldova hərbçiləri sentyabrın 7-dən 23-nə qədər Ukraynada keçiriləcək «Rapid Trident» təlimlərində iştirak edəcək. Xatırladaq ki, prezident İqor Dodon ölkə hərbçilərinin bu təlimlərdə iştirakını qadağan etmişdi.

«Moldova milli ordusunun 57 hərbçidən ibarət kontingenti 7-23 sentyabr tarixlərində Ukraynada Yarovir sülhün dəstəklənməsi üzrə beynəlxalq mərkəzdə keçiriləcək «Rapid Trident» təlimlərində iştirak edir», - Moldova Müdafiə Nazirliyinin saytında yerləşdirilmiş məlumatda bildirilir.

Daha öncə prezident İqor Dodon ölkə hərbçilərinin Ukraynadakı təlimlərdə iştirakını qadağan etmişdi.

Bundan başqa, may aynda Moldova prezidenti bəyan etmişdi ki, ölkənin NATO-da üzvlüyü qətiyyən yolverilməzdir.