Lütfi Zadə vəfat etdi
Dünya şöhrətli azərbaycanlı alim Azərbaycanda dəfn ediləcək
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Yüzillərin iddiası pozuldu
Süni intellektdən kriminalistikaya zərbə
-
“Bizə kömək edin”
ABŞ bank sektorunda zərərlər və yaranmış vəziyyət
-
ABŞ bank sistemində təlatüm
Üç bank özünü iflas elan etdi, kriptovalyuta bazarı silkələnəcək
-
Kennedi qətlinin müəmması
ABŞ administrasiyası minlərlə yeni sənəd dərc edib
-
“Bu, şübhəsiz ki, olacaq...”
Baydendən yeni bəd xəbər ...
-
Ukraynaya “ağıllı bombalar”
Müharibənin taleyini həll edəcək ikinci həmlə
-
70 faiz istəmir
Bayden nüfuzdan düşməkdə davam edir
-
Ukraynaya Patriot göndərilir
Qərar ABŞ müdafiə naziri və prezidentinin təsdiqlərini gözləyir
-
Zelenski çətin durumda
Ukrayna ordusunun cəbhədəki uğuru Ukraynanın taleyini həll edə bilər
-
275 milyonluq yardım
“Ukrayna özünü PUA təhlükəsinə qarşı qoruya biləcək”
-
“The New York Times”da tətil
1800 nəfərdən 1100-ü işi 24 saatlıq dayandırır
-
Rusiyanın prestijli “Ölüm taciri”
Butun azadlığa buraxılması dünyada “ABŞ Rusiyaya boyun əydi” kimi başa düşülür
-
TikTok-a qadağa
Tayvan və ABŞ-ın bir çox ştatında Çindən gələn bəzi tətbiqlərə məhdudiyyət qoyulub
-
“Nano çip” deyə bilmədi
ABŞ prezidentinin dili topuq vurdu ...
-
ABŞ-da 18 yaşlı tələbə şəhər meri oldu
Smit: “Məktəbi təzə bitirdiyimi, təcrübəsiz olduğumu deyirlər”
-
Dünyanın gözü zillənən zirvə
ABŞ Çinin sərhədlərinə yaxınlaşarkən, Pekin Vaşinqtonun oylağında at oynadır
Dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadə sentyabrın 6-da Kaliforniya vaxti ilə səhər saat 7:30 radələrində dünyasını dəyişib.
Bu barədə məlumatı AzərTAc-a Zadə ailəsinin yaxın dostu, professor Lütfi Zadənin son aylarında onun hər zaman yanında olan Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazova verib.
Xatırladaq ki, avqust ayında Lütfi Zadənin Azərbaycanda dəfn edilməsi üçün məsuliyyətli şəxs kimi məhz Şahnaz Şahbazovaya vərəsə məktubu təqdim olunub. Məktubda professorun vəfatından sonra onun nəşinin Azərbaycanda dəfn edilməsi vəsiyyət edilir. Məktubu professor Lütfi Zadənin oğlu Norman Zadə imzalayıb. Məktubda, həmçinin professor Lütfi Zadənin bütün mükafatları, ordenləri, medalları və kitabları professor Şahbazovaya vəsiyyət edilməsi qeyd olunub.
Dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadə 1921-ci ilin 4 fevral tarixində Bakı şəhərində anadan olub. 1944-cü ildə Tehran universitetini elektrik mühəndisliyi ixtisası üzrə bitirib.
Lütfi Zadə 1944-cü ildən 1959-cu ilə qədər Massaçusets Texnologiya İnstitutunda və Kolumbiya Universitetində magistr, doktorluq elmi dərəcələrini alıb.1959-cu ildən Berkli Universitetində professor, 1963-cü ildən isə «Elektrik mühəndisliyi və kompüter elmləri» kafedrasına rəhbərlik edib. Vəfat edənə qədər L.Zadə həmin universitetdə ömürlük professor və Soft Computing İnstitutunun direktoru kimi fəaliyyət göstərib.
Onun məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarəolunma və müşahidəolunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiq edir.
L.Zadənin ən böyük nəzəriyyəsi qeyri-səlis məntiq nəzəriyyəsidir. Bu nəzəriyyə riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə verib: qeyri-səlis çoxluq. Elmdə qeyri-səlis ölçünün daxil edilməsi təbiətdə və cəmiyyətdə gedən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaradıb.