vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 sentyabr 2017
ABŞ dolları 1 USD = 1.7007 AZN
Avro 1 EUR = 2.0421 AZN
Rusiya rublu 1 RUB = 0.0293 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2982 AZN
Türk lirəsi 1 TRY = 0.4878 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
REGİON  
11:02 | 7 sentyabr 2017 | Cümə axşamı Məqaləyə 462 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Saakaşvili növbəti qarşıdurmaya səbəb ola bilər

Eks-qubernatorun Ukraynaya dönüşünə qarşı «Miqrant» planı hazırlanıb

Azər NURİYEV, kaspi.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili ilə bağlı gərginlik səngimir. Bu dəfə Ukraynanın hakimiyyət orqanları keçmiş prezident Mixeil Saakaşvilinin ekstradisiyası barədə Gürcüstandan müraciət aldıqlarını təsdiq edib. Ukrayna ədliyyə nazirinin müavini Sergey Petuxov deyib ki, Kiyev Mixeil Saakaşvilinin saxlanaraq Gürcüstana ekstradisiya edilməsi barədə Tbilisidən rica alıb. Gürcüstanın baş prokuroru hələ avqustun 18-də ekstradisiya barədə müraciətin Ukraynaya təqdim olunduğunu bəyan etmişdi. Petuxov deyib ki, Saakaşviliyə qarşı dörd cinayət ittihamı irəli sürülüb. Bunların arasında mülkiyyətdən və səlahiyyətdən sui-istifadə də var.

M.Saakaşvili israr edir ki, ona qarşı opponentləri tərəfindən irəli sürülmüş ittihamlar siyasi mahiyyət daşıyır. Mixeil Saakaşvili 2014-cü ildə rusiyayönümlü prezident Viktor Yanukoviçin devrilməsindən sonra islahatlara kömək məqsədilə Ukraynaya köçmüşdü. O, Odessa qubernatoru vəzifəsindən istefa verdikdən sonra rəsmi Kiyevlə mübahisədədir və prezident Poroşenkonu ölkədəki korrupsiyanı cilovlamamaqda ittiham edir. Prezident Poroşenko iyul ayında Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib. Bundan əvvəl Saakaşvili Gürcüstan vətəndaşlığından özü imtina etmişdi. O bildirir ki, Poroşenko bu addımı atmaqla onu Ukraynanın siyasət səhnəsindən uzaqlaşdırmaq məqsədi güdür. Odessanın qubernatoru olduğu vaxtlarda Ukrayna hökuməti onun ekstradisiyası barədə Gürcüstanın ricalarını azı iki dəfə rədd etmişdi. M.Saakaşvili hazırda Polşadadır və Kiyevə sentyabrın 10-da qayıtmağı vəd edib. Ukrayna hökuməti bildirib ki, Saakaşvilinin ölkəyə daxil olmasına imkan verilməyəcək və onun pasportu müsadirə olunacaq. Qərbyönlü Saakaşvili Gürcüstanda «Qızılgül inqilabı»nın ardınca 2003-cü ildə prezident seçilmişdi.

Yeri gəlmişkən, Saakaşvilinin qardaşı David də bu günlərdə Ukraynadan deportasiya edilib. Ukrayna daxili işlər nazirliyinin sözçüsü Artem Şevçenko bildirib ki, David Saakaşvilinin yaşayış icazəsi bu ilin martında ləğv edildiyindən saxlanıb. «İndi qərar qəbul edilib ki, o bizim ölkənin ərazisini tərk etməlidir», - deyə Şevçenko bəyan edib. Bir qədər sonra sərbəst buraxılan David Saakaşvili, həmçinin miqrasiya qanununu pozduğuna görə cərimə ödəməli olacaq.

Bəs görəsən rəsmi Kiyev Saakaşvilidən niyə bu qədər çəkinir və onun ölkə ərazisinə daxil olmamasına çalışır? Xarizmatik lider kimi tanınan Saakşvili bu müddət ərzində Ukraynada xeyli tərəfdarlarla yanaşı, əleyhdarlar da toplayıb. İndi hər iki tərəf mobilləşib və qəti addımlar atmaqda israrlıdır. Bir vaxtlar Odessa qubernatoru olanda ölkədə növbəti Maydan hərəkatı başladacağını elan edən Saakaşvilinin geri dönməsi ilə bağlı intriqa səngimir. Ukrayna siyasətçiləri üçün dövlət sərhədi yaxınlığında baş verə biləcək qarşıdurmanın necə nəticələnəcəyi hamının diqqət mərkəzindədir. Eks-qubernatorun hakimiyyət tərəfindən qəbul edilməməsinin əsas səbəbi onun sərt tənqidləridir. O, prezident Petro Poroşenkonu «alverçi» adlandırır və devirməklə hədələyib. Saakaşvili Facebok səhifəsində sentyabrın 10-da qayıdacağına şübhə olmadığını qeyd edib. Ehtimallara görə, Saakaşvili Ukrayna ərazisinə Ukrayna pasportu ilə daxil olmağa çalışacaq. Hədə və tənqidlərə baxmayaraq, siyasətçi xüsusi vurğulayır ki, ölkədə qarşıdurma yaratmaq üçün deyil, məhkəmədə ədalətin bərpası üçün gəlir. Buna baxmayaraq, sərhəddə insidentin baş verəcəyi şəksizdir. 

Saakaşvilinin lideri olduğu «Yeni qüvvələrin hərəkatı»nın mətbuat katibi Maryana Poçtar jurnalistlərə bildirib ki, «Krakovça» sərhəd buraxılış məntəqəsi yaxınlığında tərəfdarları çadır düşərgəsi salmaq niyyətindədirlər. Sentyabrın 9-da ora 1000-ə yaxın Saakaşvili tərəfdarının gəlməsi nəzərdə tutulub. Səhərisi gün isə təqribən 5 min nəfərdən ibarət maşın karvanı sərhədə doğru hərəkət edəcək. Media mənsublarının əlinə qrup rəhbərləri üçün nəzərdə tutulan təlimatlar keçib. Onlardan toplaşanlar üçün çadırlar, yataq yerləri və turist xalçaları toplamaq tələb olunub. Belə görünür ki, onun tərəfdarları uzunmüddətli qarşıdurmaya hazırlaşırlar. Özü də Saakaşvilini qarşılayanlar arasında tanınmış Ukrayna siyasiləri də olacaq. M.Saakaşvilini dəstəkləyənlər arasında Ali Radanın deputatları Mustafa Nayem, Svetlana Zalişuk, Viktor Çumak (Petro Poroşenko blokunu təmsil edirlər) var. Bundan əlavə, «Xalq Cəbhəsi»dən olan deputat Vladimir Parasyuk, İqor Quz və «İradə»dən olan deputat Yuri Derevyanko da onların sırasındadır. Eləcə də Yuliya Timoşenko və Ukrayna Təhlükəsizlik Şurasının keçmiş katibi Valentin Nalivayçenko Saakaşvilini qarşılamağa gələcəklərini bildiriblər.

Lakin sabiq qubernatorun opponentləri də əllərini yanlarına salıb durmaq niyyətində deyillər. Şahidlərin sözlərinə görə, sərhəd ərazilərə hərbi texnika ilə mobil sərhəd briqadalarının yüzdən artıq döyüşçüsü gətirilib. Dövlət Sərhəd Xidmətinin mətbuat katibi Oleq Slobodyan bildirib ki, sərhədçilər Saakakvilinin ölkəyə gəlməsinə mane olacaqlar. Saakaşvilinin əleyhdarları onun ünvanına sərt ifadələr səsləndirməkdən çəkinmirlər. Məsələn, Radikal Partiyanın lideri Oleq Lyaşko Saakaşvilini sərhədi pozacağı təqdirdə, güllələməyi tələb edib. Ölkənin daxili işlər nazirinin keçmiş müşaviri İlya Kiva isə Saakaşvilini şəxsən güllələcəyini bəyan edib. Baş prokurorun keçmiş müavini David Sakvarelidze isə sosial şəbəkələrdə bildirib ki, prezident Lvovun qubernatoru ilə görüşmək üçün regiona səfər edib. Burada Saakaşvilinin ölkəyə dönməsinə mane olmaq üçün xüsusi qərargah yaradılıb. «Hətta bu məqsədlə «Miqrant» planı da hazırlanıb. Prezident şəxsən qubernatorları Saakakvili ilə görüşə getməyə mane olmağa çağırıb»,- deyə David Sakvarelidze bildirib.

Əksər ekspertlər hesab edir ki, rəsmi Kiyev özü-özünü dalana dirəyib. Bəli, Saakaşvili hakimiyyəti tənqid edirdi, lakin onun reytinqi elə də yüksək deyildi, elə bir təhlükə törətmirdi. İndi isə atılan addımlar Saakaşvlinin nüfuzunun artmasına gətirib çıxara bilər.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *