vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
TOP OYUNLARI  
12:02 | 7 sentyabr 2017 | Cümə axşamı Məqaləyə 3303 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rövnəq Abdullayev, müdaxilə lazımdır

Əks halda məsuliyyət sizin üzərinizdə qalacaq

Elçin CƏLİLOV

MÖVZU İLƏ ƏLAQƏLİ

U-21-in uğursuzluğunun «günah keçisi» tapılıb: Yaşar Vahabzadə!

AFFA-nın rəsmi saytı bildirir ki, baş məşqçi qurumun baş katibi Elxan Məmmədova hesabat verib və qərara alınıb ki, müqaviləyə xitam verilsin və guya Vahabzadə öz istəyi ilə ayrılıb. Hələ guya bu haqda açıqlama da verib, məmnun halda deyib ki, səhv məndədir və s.

Bunlar doğru ola bilməz.

Ən əvvəl ona görə ki, Vahabzadənin istefa verməyi gözlənilmirdi. Prosesdə aşkar anormallıq var. Baş məşqçi niyə baş katibə hesabat verməlidir?

Bunun üçün Məşqçilər Komitəsi var. Raport onlara verilməliydi, baş katib kimdir ki, baş məşqçidən hesabat istəsin? Bu, harada görülüb?

Baş katibə hesabat təqdim olunacaqdısa belə, bunu iki qurum istiqamətləndirməliydi:


1. Məşqçilər Komitəsi

2. İcraiyyə Komitəsi


Heç bir komitənin məsələdə rolu olmayıb. Elxan Məmmədovun Vahabzadəni millidən qovması faktı kimi dəyərləndirilməlidir bu.

Rövnəq Abdullayev bu məsələlərə diqqət eləməlidir. Bu cür hallar çoxdur. Baş katib medianın qabartdığı problemlərdə adətən, cavab olaraq, «İcraiyyə Komitəsi münasibət bildirməlidir/qərar verməlidir» deyir. Bəs bu dəfə niyə heç birinin qərarı və ya rəyi yoxdur?

Vahabzadənin birbaşa hesabat təqdim eləməsi və postundan ayrılması qayda pozuntusudur.

Aşağı yaş qrupları sahə olaraq monopoliyaya alınıb və burdakı proseslərdən kifayət qədər mənimsəmələr var.

Abdullayev bu məsələnin araşdırılması üçün komissiya ayırmalıdır. Ayırmayacaqsa, UEFA və FIFA-ya  bütün yeyintilərinə dair şübhələrdən bəhs edən məktub yollamalı olacağıq. Çünki uşaq futbolunun inkişafı və digər layihələri maliyyələşdirən bu qurumlar analoji proseslərdə şəffaflığa həssas yanaşırlar.

Bu cür hallar dəfələrlə təkrarlanır və hörmətli Abdullayev, siz qurum rəhbəri kimi heç vaxt müdaxilə eləmirsiniz. Bu isə haqlı şübhələrə yol açır. Görəsən, baş katibin səlahiyyət pozuntularından xəbəriniz yoxdur, yoxsa bilərəkdən göz yumursuz...

Bundan başqa, Məmmədovun «İcraiyyə Komitəsi» bəhanəsinə aid onlarla dəlil var ki, bu məsələlər də araşdırılmalıdır. Məsuliyyət isə AFFA-nın prezidenti olaraq, hörmətli Rövnəq Abdullayev, sizin üzərinizdə qalacaq.