vaxtlı-vaxtında oxuyun! Bazar, 19 noyabr 2017
ABŞ dolları 1 USD = 1.7002 AZN
Avro 1 EUR = 2.0070 AZN
Rusiya rublu 1 RUB = 0.0285 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2488 AZN
Türk lirəsi 1 TRY = 0.4410 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
PROBLEM  
10:42 | 8 sentyabr 2017 | Cümə Məqaləyə 580 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Payız gəldi, uçdu gəldi xəstəliklər...

Həkimlər tibbi profilaktika ilə yanaşı, immun sistemini gücləndirməyi də əsas şərt hesab edirlər

Günel AZADƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Mövsüm dəyişikliyi ilə əlaqədar olaraq bəzi xəstəliklər və viruslar fəallaşır. Ümumiyyətlə payız fəsli xəstəliklərlə zəngin bir mövsüm hesab edilir. Bu fəsildə immuniteti zəif olan insanlar, əsasən də uşaqlar xüsusi olaraq qorunmalıdırlar. Ekspertlər qeyd edir ki, virus xəstəliklərinin kəskin hal almasının əsas səbəbi kifayət qədər vitamin qəbul edilməməsidir. Bu cür xəstəliklərə insanlar həm mövsüm dəyişməsi, həm də immun sisteminin zəifləməsi səbəbi ilə tez yoluxur.

Adətən payız fəsli virus xəstəliklərinin artan vaxtıdır. Çünki fəsil dəyişkənliyi ilə orqanizmdə müxtəlif proseslər baş verir. Bundan başqa, fəsil dəyişkənliyi zamanı insanlar adətən geyimlərinə fikir vermirlər. Havanın dəyişkən olan vaxtı soyuqdəymə də artır. Bu isə müxtəlif xəstəliklərin yaranmasına təkan verir.

İnfeksionist-hepatoloq Əliyar Əfəndiyev qeyd edir ki, ilk növbədə təhlükə yaradan infeksion xəstəlik qripdir: «Qripin mövsümü dekabr ayından başlayır və aprel ayına qədər davam edir. Bunun qarşısını almaq üçün sentyabrın axırından başlayaraq oktyabr, noyabr ayları ərzində kütləvi şəkildə peyvəndlər aparılmalıdır. Ümumilikdə mövsümi xəstəliklərdən, viruslardan qorunmaq üçün spektifik və qeyri-spektifik profilaktika var. Spektifik profilaktikaya yalnız  viruslar əleyhinə olan peyvəndlər daxildir. Qeyri-spektifik profilaktikada isə əsas iş insanın öz üzərinə düşür. İnsan özünü qorumalıdır. Fəsil dəyişikliyinin baş verdiyi, virusların fəallaşdığı bir dövrdə tibbi maskalardan istifadə çox gərəklidir. Bu maskaları həm virusa yoluxmuş, həm də yoluxmamış insanlar taxmalıdır. Bundan başqa, immuniteti qaldırmaq üçün düzgün qidalanmaq lazımdır».

Müsahibimiz bildirir ki, bəzi xəstəliklər məhz payız aylarında baş qaldırır. Onlardan biri də bruselyozdur. Bruselyoz infeksion-allergik xəstəlikdir. Bəzən vaxtında aparılmamış diaqnostika və gecikmiş müalicə nəticəsində xəstəlik xronik residivləşən gedişə malik olur. Xəstəlik infeksion patologiyanın ümumi əlamətləri, həmçinin yerli zədələnmə əlamətləri, əsas etibarilə daima inkişaf edən dayaq-hərəkət aparatının zədələnməsi ilə səciyyələnir: «Bruselyoz çox xain xəstəlikdir. Bu xəstəlik birbaşa bizim qidalanmağımızla, xüsusilə də meyvə-tərəvəzlə bağlıdır.  Çünki avqust-sentyabr aylarında məhsulu çox yığırlar və yığılmış məhsul anbarlarda uzun müddət qalır. Orada olan gəmiricilər isə bu xəstəliyin mənbəyidir. Onlardan meyvələrə, meyvələrdən də insanlara yoluxur. Bundan başqa, hepatitlər, xüsusilə də hepatit A belə xəstəliklərdəndir. Hepatitə yoluxma may ayında olsa da, xəstəliyin baş qaldırması payız aylarına təsadüf edir».

Pediatr-allerqoloq Nigar Həşimova bildirir ki, payız fəslində allergik xəstəliklərə də rast gəlinir: «Avqustun axırı, sentyabrın əvvəlindən bitkilərdə tozlanma artıq başlayıb. Bu zaman burunda qaşınma, gözlərdə sulanma, yanma, öskürmə kimi hallara rast gəlinir. Bunlar daha çox uşaqlarda müşahidə edilən göstəricilərdir. Bunun qarşısını almaq üçün uşaqlarda allergiyanı yaradan mühitlə əlaqəni kəsmək lazımdır. Buna polimoz xəstəliyi deyilir. Valideynlər çox zaman uşaqlarında allergiyanın nədən yarandığını bilirlər. Bu zaman uşaqları həmin yerdən uzaq tutmağa çalışsalar yaxşı olar. Həmin dövrdə bağçaya, parka getmələri məsləhət görülmür. Həmçinin allerqoloqun məsləhəti ilə göz damcılarından, burun spreylərindən və allergiya əleyhinə dərmanlardan istifadə edilməlidir. Oktyabr ayının ortalarına qədər təbii ki, həkimin məsləhət gördüyü dozada bu dərmanlar qəbul edilməlidir. Astmalı uşaqlarda bu, xüsusi olaraq fikir verilən dövrdür. Onlarda sentyabr başlayanda artıq öskürəklər da başlayır. Bunu da bəzi dərman preparatları ilə, ətraf mühit pəhrizi ilə nəzarətdə saxlamalıyıq. Ətraf mühit pəhrizi dedikdə, uşağın nə ilə az, nə ilə çox təmasda olmasına diqqət etməliyik. Burada valideynlərin üzərinə böyük iş düşür». (kaspi.az)


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *