vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
CƏMİYYƏT  
19:17 | 8 sentyabr 2017 | Cümə Məqaləyə 3594 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Cəzasını alacaq!»

Abid Şərifov Akif Əlizadənin Lütfi Zadəni təhqir etməsinə görə bərk qəzəbləndi

MÖVZU İLƏ ƏLAQƏLİ

Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri Akif Əlinin dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə ilə bağlı səsləndirdiyi fikirlər ölkədə böyük səs-küyə səbəb olub.

Məsələnin ciddiliyini və böyük səs-küy yaratdığını nəzərə alaraq, yerli KİV-lərdən biri baş nazirin müavini Abid Şərifovla əlaqə saxlayıb. O, məsələdən xəbərdar olduğunu, Akif Əlinin böyük yanlışlığa yol verdiyini bildirib.

«Lütfi Zadə dünyada sayılıb-seçilən bir alimdir. Onun haqda açıqlama verəndə, fikirləşərəm ki, mən necə danışmalıyam. Akif Əli, sən kimsən ki, dünya səviyyəli bir alim haqda belə alçaldıcı açıqlama verəsən?! Sənin buna mənəvi haqqın varmı?! Düzünü deyim ki, mənə bunu eşidəndə inanmadım. Dövlət başçısı, birinci vitse-prezident bu böyük alimin vəfat etməsi haqda nekroloq imzalayıb, başsalığı verib. Akif Əlinin bu açıqlamasını pisləyirəm. Çox biabırçı açıqlamadır».

Baş nazirin müavini mətbuat katibinin cəzalandırılması və ya işdən çıxarılması haqda da danışıb: «Üzr istəmək günahdan azad olmaq demək deyil. Akif Əli ilə mən özüm də danışacam. Onun cəzalanması və ya işdən çıxarılması səlahiyyəti isə baş nazirə aiddir. Bu barədə danışdıqdan sonra qərar veriləcək. Belə açıqlama cəzasız qalmaz. Mən özüm bu danışıqdan heyrətə gəlmişəm. Lütfi Zadə ilə nəinki məmurlar, jurnalistlər, bütün Azərbaycan xalqı fəxr edir».