vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
BÖHRAN  
20:33 | 8 sentyabr 2017 | Cümə Məqaləyə 2649 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kiyevdə güclü partlayış

Güclü partlayış nəticəsində çeçen döyüşçü həlak olub, hadisədə Rusiyanın əli olması barədə şübhələr var

MÖVZU İLƏ ƏLAQƏLİ

Kiyevdə avtomobildə partlayış baş verib. Bu barədə Ukrayna mətbuatı xəbər verib. Hadisə nəticəsində bir kişi həlak olub. Partlayış o qədər güclü olub ki, paytaxt sakinləri bunun terror olduğunu zənn ediblər. Yaralanan qadın avtomobildə olub. Zərbə onun ayaqlarını qopardıb.

VAXT.AZ Ukrayna mətbuatına istinadən xəbər verir ki, həlak olan kişinin kimliyi müəyyən olunub. O, çeçen əsilli keçmiş döyüşçü Ruslan Papaskeri adıyla da məşhur olan Timur Maxauridir (Əli Dubaev). Timur Maxauri 2012-ci ilin payızında Şimali Qafqazda Rusiyaya qarşı silahlı mübarizə aparan «Qafqaz Əmirliyi»nin rəhbərlərindən olan Musa Atayevin qətlə yetirməkdə şübhəli bilinmiş və Türkiyə polisi tərəfindən həbs olunmuşdu.

Özünü həlak olanın dostu kimi qələmə verən şəxsin «112 Ukrayna» telekanalına verdiyi məlumata görə, Timur Ukrayna tərəfdən döyüşən «Şeyx Mansur» taborunun üzvü olub. «O biz tərəfdən vuruşan çeçenlərdən idi. Bizim fikrimizcə, bu hadisədə Rusiyanın əli var». Həmin şəxsə həlak olanın vətəndaşlığı ilə bağlı verilən suala isə, «çeçen idi, amma Rusiyanın vətəndaşı olub-olmamasını bilmirəm» cavabını verib. O həmçinin qeyd edib ki, partladılan avtomobil Gürcüstan nömrə nişanlı olub. O, həmçinin bildirib ki, Timur avtomobildə ailəsiylə olub.

Ukrayna mətbuatının verdiyi xəbərə görə, Kiyevdəki Bessarabski meydanındakı «Arena Siti»nin yaxınlığında dayanan avtomobildə partlayış baş verib. Sükan arxasında olan qadın ağır yaralanıb. Şahidlərin dediyinə görə, qadının yanında bir kişi oturubmuş. Yaralı qadını maşından düşərkən uşağını soruşub. Partlayış nəticəsində avtomobilin arxa oturacağında oturan uşaq ziyan görməyib.