vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
CƏMİYYƏT  
21:37 | 8 sentyabr 2017 | Cümə Məqaləyə 4197 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sözlərinizdən utanın

Əgər bundan sonra sizi vəzifədə saxlasalar, ...

Zaur ƏLİYEV,
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli mərhum alim Lütfi Zadəni «Fındıqbaş» adlandırıb və bundan sonra belə açıqlama verib. «Nə deməliydim, balqabaqbaş? Kimsə kimisə qəbul edir, bu, onun şəxsi işidir. Onun alimliyinin mənə dəxli var?»

Akif Əli Azərbaycan yazıçısıdır, filoloq «alim»dir, 2-ci dərəcə Dövlət müşaviridir. İTV kanalında veriliş aparır. Bunları niyə yazdım. Bu qədər titulu özündə daşıyan Akif Əli «Fındıqbaş», «Balqabaqbaş» və «onun alimliyinin mənə dəxli var» sözlərin işlədir.

Bir yazıçıya, alimə və dövlətin mühüm qurumlarından birində dövlət müşaviri statusu ilə tutduğu vəzifəyə yaraşmayan sözləri dilinə alırsa nə deyəsən ona?

Akif Əli! Lütfi Zadə «fındıqbaş» deyil. Əgər elədirsə mərhum Heydər Əliyev, Prezident İlham Əliyev, eləcə də Birinci Vitse-prezident Mehriban xanım Əliyeva onu dünya şöhrətli alim adlandırmazdı. «Fındıqbaş» sizsiniz ki, ölkədə sizi vəzifəyə təyin edən Prezidentin və dünya elminin qəbul etdiyi şəxsi təhqir edirsiniz. Onun alimliyinin düz deyirsiniz Sizə dəxli yoxdur. Çünki Siz alim deyilsiniz. Alim olsaydınız alimi təhqir etməzdiniz.

Ümumiyyətlə əgər bundan sonra sizi vəzifədə saxlasalar, demək elə sizi təyin edənlərdə sizin fikirdədilər....

Utanın bu sözlərinizdən....