«Güney hərəkatına diqqət keçmişdəki qədər deyil»
Azər Sarıoğlu: «Əksəriyyəti birləşdirəcək, inamını qazanacaq vahid və güclü bir təşkilat və lider yoxdur»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Pişəvərinin ölümü!
Yaxud erməni terroru yoxsa Sovet kəşfiyyatının əməliyyatı
-
Cənubi Azərbaycan düyünü ...
Dövlətin adını Şimali Azərbaycana dəyişmək bunu açacaqmı?
-
Dövrünün nadir incəsənət adamı
Bənzərsiz qələmi olan rəssam, tayı-bərabəri olmayan nəqqaş və əvəzsiz tərrah
-
... “Səhər”in səsi
Məhəmməd Kazım Şəriətmədari haqda bir müsahibə ilə xırp kəsiləcək ...
-
Güneylilər Bakıda
Keçici Milli Məclisinin Təşkilat Komitəsinin üzvləri siyasi partiyalar və QHT-lərlə görüşəcək
-
Teatr işçiləri hicabdan imtina edib
“Şou bitəcək və həqiqət üzə çıxacaq”
-
Adı qalaya verilən sərkərdə
Milli qəhrəman Kazım Xan Quşçu kimdi?
-
Güneylə 90-cı illərin Quzeyi
Bugünkü müzakirə və gəlişmələr öz sözünü mütləq deyəcək
-
Güney Azərbaycanda fəlakət
Hirkan meşələri dördü gündür yanır
-
Prezidentdən mühüm mesajlar
Brüssel görüşündən imtina, İrana gözdağı, Zəngəzur dəhlizi ilə bağlı yekun fikir
-
O tayın və bu tayın lideri
İlham Əliyev Helmut Kolun yolunu gedir – hamını inandırmaq
-
Gərgin mərhələyə qədəm qoyuruq
“Güney azərbaycanlıların hüquqları məsələsi İranın daxili işidir” dövrü geridə qaldı
-
Güneydə ümummilli aksiya təyin olundu
21 Azər hərəkatına hazırlıq gedir
-
Pezeşkiyan rejimə səsləndi
Təbrizli millət vəkili etirazçıların səsini eşitməyə çağırdı
-
Təbrizdə dərman çatışmır
Xammal yoxdur, müəssisələr bağlanır, bahalaşma gözlənilir
-
AzTV aktivləşib
Dövlət televiziyasının sosial şəbəkələrdə paylaşımları və baxış sayı kəskin çoxalıb
Azər Sarıoğlu ölkə xaricində fəaliyyət göstərən güney təşkilatlarının beynəlxalq qurumlar və böyük dövlətlər ilə əlaqə qurmaqda uğurlu olmadıqlarını hesab edir. Amerikanın Səsinə danışan jurnalist İran Azərbaycanında cərəyan edən milli hərəkata mənsub təşkilatların fəaliyyətləri haqqında öz düşüncələrini paylaşıb.
Azər Sarıoğlunun fikrincə, Azərbaycan Respublikasında güneydə baş verənlər ilə maraqlanan insanlar üçün milli hərəkatın vəziyyətinə dair dəqiq informasiya əldə etmək asan deyil.
«Güney Azərbaycanla bağlı tam dəqiq diaqnoz qoymaq çətindir. Çünki, rejim orada informasiya blokası tətbiq edir... Müəyyən informasiyalar alırıq və bunlara görə, az da olsa, bizdə bu qənaət yaranır ki, bizim orada hərəkatımız var. Amma, hərəkatın səviyyəsinə dair bizdə dəqiq məlumat yoxdur. Buna görə, İran coğrafiyasındakı türklərin mübazirəsi ilə bağlı dəqiq məlumatımızın olduğuna əmin deyiləm», o bildirir.
O, güneydə milli hüquqlar uğrunda mübarizə aparanlarln olduğunu lakin hələ də bu hərəkatın önündə gedəcək, əksəriyyəti birləşdirəcək ə əksəriyyətin inamını qazanacaq vahid və güclü bir təşkilat və lider olmadığını öncə çəkir.
"Ayrı-ayrı çox mübariz insanlarımız, ziyalılarımız və savadlı liderlərimiz var. Amma, əksəriyyəti birləşdirə bilən biri hələ ki yoxdur», o,deyir.
Jurnalist xaricdə fəaliyyət göstərən güney təşkilatların əsas fəaliyyətinin daxildəki hərəkata informasiya dəstəyi verməkdən ibarət olduğunu önə çəkir.
«Ayrı-ayrı təşkilatlar var. Əllərindən gələni edirlər. Amma, əsas fəaliyyətləri informasiya dəstəyi vermək və ayrı-ayrı yerlərdə toplaşıb problemlərlə bağlı müzakirə aparmaqdır. Mən hesab edirəm ki, bu fəaliyyət qənaətbəxş deyil», deyə Azər Sarıoğlu dilə gətirir.
Onun sözlərinə görə, «güneyin səsi sadəcə Azərbaycan Respublikasına deyil dünya ictimaiyyətinə də çatdırılmalıdır. Hazırda, bu sahədəki təmaslar zəifdir... (Güney təşkilatlarının) beynəlxalq təşkilatlar və böyük dövlətlərlə əlaqə qurmaq və onların dəstəyini almaq istiqamətində fəaliyyət göstərməsi daha doğru olardı. Mənə görə, güneydəki hərəkata da ən böyük dəstək bu şəkildə olardı. Quzey Azərbaycanda fəaliyyət göstərilsin amma qərbdə fəaliyyətin artırılması lazimdir».
Azər Sarıoğlu həmçinin Azərbaycan Respublikasında güney hərəkatına diqqətin Bütöv Azərbaycan Birliyinin fəaliyyət göstərdiyi dönəmlərə görə daha az olduğunu qeyd edir.